İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Birləşmiş Ərəb Əmirliklərinin nüvə elektrik stansiyası yaxınlığında baş vermiş partlayışla bağlı Almaniya kansleri Fridrix Mertsin İrana qarşı səsləndirdiyi ittihamları “əsasız və seçmə” adlandırıb.
#İran XİN sözçüsü
İran ABŞ prezidenti Donald Trampın ölkənin zənginləşdirilmiş uranının ABŞ-yə daşınacağı ilə bağlı iddialarını təkzib edib. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai televiziya proqramında çıxışı zamanı bildirib ki, bu məsələ nə gündəmdədir, nə də müzakirə mövzusu kimi irəli sürülüb.
İranın xarici işlər naziri Abbas Əraqçi Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallasla cümə günü telefon danışığı aparıb. Danışıqlarda İran–Aİ münasibətləri, regional və beynəlxalq məsələlər, xüsusilə də İsrail rejiminin bölgədəki fəaliyyətləri müzakirə olunub. Əraqçi İsrail rejiminin işğal altındakı Fələstin ərazilərində və Livanda davam edən hərbi hücumlarını beynəlxalq hüququn açıq şəkildə pozulması kimi qiymətləndirib. O bildirib ki, bu cinayətkar fəaliyyətlərin miqyası və davamlılığı beynəlxalq ictimaiyyətin rejimin addımlarına qarşı təsirli tədbirlər görmək məsuliyyətini daha da artırır.
İraq Xarici İşlər Nazirliyi bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqaeyinin Bağdaddakı seçki prosesi ilə bağlı səsləndirdiyi fikirlərə sərt reaksiya verib. Rəsmi Bağdad bəyanatı “təəccüblə və narazılıqla” qarşıladığını bildirib.