Əlcəzairli boksçu İman Xəlif beynəlxalq arenada ona qarşı verilən qərarların idman karyerasını dayandırmayacağını bildirərək, mübarizəni həm rinqdə, həm də hüquqi meydanda davam etdirdiyini açıqlayıb. O, Los-Anceles 2028 Yay Olimpiya Oyunlarında yeni medal qazanmaqda qərarlı olduğunu deyib.