#Azərbaycan-Ermənistan normallaşma prosesi

ATƏT rəsmi olaraq Minsk prosesini başa çatdırıb və onunla bağlı strukturları 30 noyabr 2025-ci il saat 23:59-dan ləğv edib. Qeyd edək ki, müvafiq qərar (MC.DEC/1/25) Ermənistan və Azərbaycanın ATƏT-in Finlandiya sədrliyinə birgə müraciətindən sonra 1 sentyabr 2025-ci il tarixində ATƏT-in Nazirlər Şurasında qəbul olunmuşdu. Lazımi bütün inzibati prosedurların başa çatdırılması, bütün 57 ATƏT iştirakçısı dövlətinin razılığı ilə əldə edilmiş konsensusun bir hissəsi olan bağlanma prosesinin tamamlandığı anlamına gəlir.