İsrail ordusunun "Qivati" briqadasının bir taborunda xidmət edən təxminən 100 hərbçi etiraz əlaməti olaraq Negevdəki hərbi bazanı tərk edib. VOA xəbər verir ki, mübahisə komandirin bölmənin ənənələrini əks etdirən simvolların götürülməsi barədə qərarından sonra başlayıb. Hərbçilər həmin simvolların Qəzza və Livandakı döyüşlərdə onları müşayiət etdiyini bildiriblər. Etiraz edən şəxslər şəxsi əşyaları ilə bazanı tərk etsələr də, silah və hərbi avadanlıqları özləri ilə aparmayıblar. Məlumata görə, hadisədən sonra taborun Qəzza zolağında döyüş tapşırıqlarına cəlb olunması dayandırılıb. Baş verən hadisə İsrail ordusunda daxili narazılığın yeni nümunəsi kimi qiymətləndirilir. Rəsmi qurumlar məsələ ilə bağlı araşdırmanı davam etdirirlər.