#Fransa

2025-ci ilin yanvar – sentyabr aylarında Türkiyədən Fransaya polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz artaraq, 169 milyon 783 min 31 dollara bərabər olub. Türkiyə 2025-cü ilin sentyabr ayında Fransaya polad ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 11,7 faiz azalaraq, 16 milyon 197 min 92 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz artaraq, 12 milyard 455 milyon 938 min dollara bərabər olub.

2001-ci ilin 7 oktyabrında ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Talibanın nəzarətində olan Əfqanıstana hücum əməliyyatına başladı. ABŞ və Böyük Britaniya qüvvələrinin intensiv hava bombardmanı ilə başlanan əməliyyata Fransa, Almaniya, Avstraliya və Kanada kimi ölkələr logistik dəstək göstərdi. Daha sonra Talibana qarşı mübarizə aparan Şimal İttifaqının döyüşçüləri də əməliyyata qoşuldu. Əfqanıstanın işğalı ABŞ-ın “terrora qarşı müharibə” adlandırdığı kampaniyanın ilk mərhələsi idi və 2001-ci il sentyabrın 11-də Nyu-York və Vaşinqtonda törədilmiş terror hücumlarına cavab kimi həyata keçirilirdi. Bu münaqişə 20 ilə yaxın davam etdi və ABŞ tarixinin ən uzunmüddətli müharibəsinə çevrildi.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ dəstəyi ilə Avropa ölkələrinin İrana qarşı BMT Təhlükəsizlik Şurası (TŞ) qətnamələrini bərpa etmək təşəbbüsünü yenidən sərt tənqid edib. Bəqai bildirib ki, üç Avropa ölkəsinin JCPOA (2015-ci il nüvə sazişi) üzrə mübahisə mexanizmindən sui-istifadəsi heç bir hüquqi nəticə doğurmur və 2231 saylı qətnamə mətninə əsasən müəyyən olunmuş tarixdə – 18 oktyabr 2025-ci ildə – qüvvədən düşməlidir.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən 2015-ci il nüvə sazişi çərçivəsində ləğv edilmiş İrana qarşı beynəlxalq sanksiyalar, İngiltərə, Fransa və Almaniyanın (E3) "snapback" mexanizmini işə salması ilə yenidən qüvvəyə minib. BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi çərçivəsində nəzərdə tutulan və tərəflərdən biri tərəfindən işə salındıqda avtomatik tətbiq edilən "snapback" mexanizmi, razılıq əldə olunmaması səbəbindən 30 günlük prosedur müddətinin sonunda gecə yarısından etibarən aktivləşib.

2025-ci il Fransa Superkuboku oyunu Paris Sen-Jermen (PSG) ilə Marsel komandaları arasında baş tutacaq. Görüşün 2026-cı il yanvarın 8-də Küveytin paytaxtında yerləşən 58 min tamaşaçı tutumuna malik Caber Əl-Əhməd Beynəlxalq Stadionunda keçirilməsi qərara alınıb. Keçən mövsüm final oyunu Qətərin Doha şəhərində təşkil olunmuşdu. Beləliklə, Fransa Superkuboku ardıcıl ikinci dəfə Asiyada baş tutacaq. Ənənəyə uyğun olaraq, Superkubokda Liqa 1 çempionu ilə Fransa Kubokunun qalibi qarşılaşır. 2024–2025 mövsümündə hər iki kuboku qazanan PSG, finalda Liqa 1-in ikincisi Marsel ilə üz-üzə gələcək.

Türkiyə 2025-cü ilin avqust ayında Fransaya xalça ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15,3 faiz azalaraq, 1 milyon 792 min 52 dollara çatdırıb. 2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən Fransaya xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 22,4 faiz azalaraq, 15 milyon 976 min 33 dollara bərabər olub. Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 azalaraq, 1 milyard 753 milyon 187 min dollara bərabər olub.

Dünya siyasəti absurd teatrı xatırladır - burada faciə ilə komediya bir səhnədə oynanır, baş rejissor Tarixisə amansız hökmünü verir. Bu gün öndəki əsas müttəhim Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasıdır. Onun "məhkəmə"si rutin hüquqi prosedur deyil, Qarabağın döyüş meydanlarında, Qəzzanın xarabalıqlarında və aclıqdan əzab çəkən afrikalıların məhzur baxışlarındakı dramdır. Bu məhkəmədə ittiham tərəfinin əsas şahidi isə Azərbaycan oldu - ağrı və qürurla nəfəs alan tarixi ilə BMT-nin öz solmaqda olan simasını gördüyü canlı aynası.

Türkiyə 2025-cü ilin avqust ayında Fransaya sement ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz azalaraq, 14 milyon 363 min 15 dollara çatdırıb. 2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən Fransaya sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,4 faiz artaraq, 137 milyon 229 min 30 dollara bərabər olub.

25 sentyabr 2025-ci il tarixində Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində təşkilatın Nyu Yorkdakı mənzil-qərargahında “Bujival razılaşmasından sonra Dənizaşırı ərazilər: rekolonizasiya, yoxsa dekolonizasiya?” adlı beynəlxalq konfrans keçiriləcək. Konfransda Fransanın dənizaşırı əraziləri — Kanaki (Yeni Kaledoniya), Qvadelup, Martinik, Reyunyon, Mahoi Nui (Fransız Polineziyası), Fransız Qvianası, eləcə də Niderlandın Boneyra, Aruba, Sen Martin kimi müstəmləkə ərazilərində fəaliyyət göstərən müstəqillik hərəkatlarının liderləri, beynəlxalq dekolonizasiya ekspertləri və Bakıda əsası qoyulmuş Beynəlxalq Dekolonizasiya Cəbhəsinin nümayəndələri iştirak edəcəklər.