#innovasiya

Kambocada yaxın vaxtlarda Azərbaycanın “ASAN xidmət” modeli tətbiq olunacaq. Bu barədə “ASAN xidmət” məlumat yayıb. Kambocanın Azərbaycandakı yeni səfiri Sok Çea “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub. Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa xidmət mərkəzlərinin fəaliyyəti və innovativ həllər barədə məlumat verib. Bildirilib ki, “ASAN xidmət” modeli artıq 35-dən çox ölkəyə ixrac olunur. Görüşdə Kamboca ilə imzalanmış Anlaşma Memorandumunun icrası da müzakirə edilib. Tərəflər əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işləri nəzərdən keçiriblər. Layihə Azərbaycanın uğurlu dövlət xidmətləri modelinin beynəlxalq miqyasda yayılmasının növbəti nümunəsi hesab olunur.

Qubada keçirilən REGİONAL EXPO QUBA 2026 sərgisi regionun biznes, innovasiya, kənd təsərrüfatı, turizm və xidmət sahələrini vahid platformada bir araya gətirib. Tədbirdə 130 müəssisə iştirak edib, sərgini isə gün ərzində təxminən 10 min nəfər ziyarət edib. Rəsmi şəxslər və iştirakçılar regionların iqtisadi inkişafı, investisiya imkanları və dövlət-özəl tərəfdaşlığının əhəmiyyətini xüsusi vurğulayıblar.

Bakıda keçirilən IV Türk Dünyası Beynəlxalq Mühəndislik Zirvəsində Türk dövlətləri arasında texnologiya, innovasiya və mühəndislik sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub. Tədbirdə süni intellekt, kibertəhlükəsizlik, müdafiə sənayesi, enerji və dayanıqlı inkişaf kimi strateji mövzular üzrə panel və sessiyalar təşkil edilib. Zirvə çərçivəsində müxtəlif ölkələrdən mühəndislər, akademiklər və iş adamları arasında B2B görüşlər və elmi-texnoloji əməkdaşlıq imkanları da müzakirə olunub.

Mayın 6-da Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov və Prezidentin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov “Caspian Agro 2026” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar.

Cəmi bir neçə il əvvəl zəvvarın səfəri hansısa paytaxtdakı kiçik bir ofisdən başlayır və uzun bir vasitəçi şəbəkəsi vasitəsilə başa çatırdı. Bu gün isə həmin səfər qlobal Həcc bazarını tamamilə yenidən formalaşdıran mərkəzləşdirilmiş sistem daxilində, vahid bir platformada cəmləşib. Səudiyyə Ərəbistanı Həcc və Ümrə Nazirliyi tərəfindən idarə olunan bu transformasiya sektoru çox tərəfli açıq modeldən dəqiq əməliyyat qaydaları və rəqəmsal platformalar tərəfindən idarə olunan mütəşəkkil sistemə keçirdi.