#Elm və Təhsil Nazirliyi

3 fevral 2026-cı il tarixində Qərbi Azərbaycan İcması İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda İcmanın 2025-ci il üzrə fəaliyyəti qiymətləndirilib, struktur və kadr məsələlərinə baxılıb, həmçinin 2026-cı il üçün Tədbirlər Planı müzakirə edilərək təsdiqlənib. İclası giriş sözü ilə Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli açaraq 20 dekabr 2025-ci il tarixində keçirilmiş Ümumi Yığıncağın yekunları barədə ətraflı məlumat verib.

Yanvarın 29-da elm və təhsil naziri Emin Əmrullayev Mingəçevir şəhərinə səfər edib. Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Nazir Mingəçevir şəhərində Milli Qəhrəman Natiq Qasımovun adını daşıyan 4 nömrəli tam orta ümumtəhsil məktəbində Milli Qəhrəmanın büstünün açılış mərasimində iştirak edib.

Yanvarın 22-də Bakı şəhər L. və M.Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbində “Üzeyir Hacıbəyli Mükafatı” qaliblərinin təltifetmə mərasimi keçirilib. Mərasimdə mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov, millət vəkilləri Fazil Mustafa, Ceyhun Məmmədov, Elnarə Akimova, Mehriban Vəliyeva, Elçin Mirzəbəyli, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının sədri Elkiyar Ziyadov, mükafatın ekspert şurasının üzvləri və laureatları iştirak ediblər.

Təhsil sahəsinin rəqəmsallaşması istiqamətində növbəti mühüm addım atılıb. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təsdiqlədiyi yeni Qaydalar təhsil haqqında dövlət sənədlərinin rəqəmsal formada verilməsini nəzərdə tutur. Bu qərar vətəndaşlar üçün təhsil sənədlərinə rahat çıxış imkanlarını əhəmiyyətli dərəcədə artırır və təhsil idarəçiliyində səmərəliliyin yüksəlməsinə töhfə verir.

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə dekabrın 15-də Bakı şəhərində "Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər" mövzusunda konfrans keçiriləcək. Tədbirdə Elm və Təhsil Nazirliyinin, eləcə də Dövlət Komitəsinin rəhbərliyi, Milli Məclisin deputatları, Azərbaycan İlahiyyat İnstitutunun məsul şəxsləri, mütəxəssislər, Bakı şəhəri üzrə orta məktəblərin psixoloq və müəllimləri iştirak edəcəklər. Konfrans çərçivəsində müvafiq dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin çıxışları dinləniləcək, müzakirələr aparılacaq.

Noyabrın 19-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva Elm və Təhsil Nazirliyinin dəstəyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən Beynəlxalq STEAM Azərbaycan Festivalını (SAF 2025) ziyarət ediblər.

Oktyabrın 20-də Türkiyə-Azərbaycan Universitetinin Himayəçilər Şurasının 5-ci iclası keçirilib. İclasda ölkəmizdə səfərdə olan Türkiyə Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvarın rəhbərlik etdiyi nümayəndə heyəti, o cümlədən Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətində iştirak edən Hacettepe Universiteti, İstanbul Texniki Universiteti (İTÜ) və Orta Doğu Texniki Universitetinin (ODTÜ) rektorları iştirak ediblər.