#Moskva

30 avqust 1918 – Moskva zavodunda çıxış etdikdən sonra Sovet lideri Vladimir Lenin Sosialist İnqilabçılar Partiyasının üzvü Fanya Kaplan tərəfindən iki dəfə atəşə tutulub. Lenin ağır yaralansa da, hücumdan sağ çıxıb. Bu sui-qəsd cəhdi bolşeviklərin siyasi rəqiblərinə qarşı kütləvi repressiyalarına səbəb olub, minlərlə insan edam edilib. Hadisə Rusiyanı daha da dərin vətəndaş müharibəsinə sürükləyib.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrov ilə telefon danışığı zamanı regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib. Tərəflər Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının cari ilin 22 avqust tarixində Həştərxan şəhərində keçirilmiş son iclası barədə fikir mübadiləsi apararaq, iclasın nəticələrini yüksək qiymətləndiriblər.

Trampın sözçüsü Kerolin Levitt isə bildirib ki, ABŞ təhlükəsizlik zəmanətlərinin bir hissəsi olaraq Ukraynanı havadan dəstəkləyə bilər. Onun sözlərinə görə, yüksək dəqiqlikli görüntülərin əldə edilməsi üçün ABŞ pilotlarının patrul uçuşları istisna olunmur, lakin əsas diqqət pilotsuz uçuş aparatlarına yönəlib.

Bir gün əvvəl, 20 avqustda, Ukrayna qüvvələrinin Krım sahillərinə desant çıxarma cəhdi də qeydə alınıb. Rusiya hərbi qurumlarının bildirdiyinə görə, Ukrayna katerlərlə yarımadaya yaxınlaşmağa çalışıb, lakin məhv edilib. Həmin əməliyyat kamikadze tipli FVP dronlarının və kəşfiyyat məqsədli PUA-ların dəstəyi ilə həyata keçirilib. Onlardan biri Türkiyə istehsalı Bayraktar olub.