Uqandada baş verən ağır yol qəzası nəticəsində ən azı 63 nəfər həyatını itirib, onlarla insan isə yaralanıb. Uqanda Polis Xidmətinin məlumatına görə, qəza bu gün yerli vaxtla saat 00:15 radələrində Kampala–Qulu magistral yolunda baş verib. İki sərnişin avtobusu iki başqa avtomobili ötməyə çalışarkən bir-biri ilə toqquşub, nəticədə yolda zəncirvari qəza yaranıb. Rəsmilərin bildirdiyinə görə, toqquşan nəqliyyat vasitələrindəki sərnişinlərin əksəriyyəti hadisə yerindəcə dünyasını dəyişib. Bütün avtobus sərnişinlərinin həyatını itirdiyi ehtimal olunur.