Azərbaycan Mebel İstehsalçıları Assosiasiyası ilə təşkil edilən görüşdə mebel ixracının potensialının və yeni bazarlara çıxış imkanlarının artırılmasına dair fikir mübadiləsi aparılıb. Görüş zamanı mebel istehsalı sektorunda ixrac, ixracatçıların üzləşdiyi çağırışlar, həmçinin logistika xərclərinin optimallaşdırılması imkanları müzakirə edilib. Bununla yanaşı, məhsulların ixrac coğrafiyasının genişləndirilməsi ilə bağlı ixrac potensiallı bazarlar nəzərdən keçirilib.
#İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO
İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Azərbaycanın Çindəki ticarət nümayəndəsi aparatının təşkilatçılığı ilə Azərbaycanın Çində fəaliyyət göstərən ticarət evlərinin investoru və operatoru olan “Sino-Foreign Economic Cooperation (Beijing) Science and Trade” və tərəfdaşı “Wuyan Jiangsu Biotechnology” şirkətlərinin nümayəndələri Azərbaycana səfər edib.
Mərkəzi Asiya ölkələri üzrə ticarət nümayəndəsi Səməd Həsənovun iştirakı ilə keçirilən görüşdə Azərbaycan və Qırğızıstan arasında iqtisadi-ticarət əlaqələrinin mövcud vəziyyəti və inkişaf perspektivləri, həmçinin idxal-ixrac əməliyyatlarının genişləndirilməsi və AZPROMO və Mərkəzi Asiya ölkələri üzrə Ticarət Nümayəndəliyinin Palata ilə yeni əməkdaşlıq imkanları müzakirə olunub, qarşılıqlı investisiyaların cəlb edilməsinin və ikitərəfli ticarət dövriyyəsinin artırılmasının, eləcə də biznes missiyalarının mütəmadi təşkilinin vacibliyi vurğulanıb. Qeyd olunub ki, yeni layihələrin müəyyənləşdirilməsi və iki ölkənin işgüzar dairələrinin əməkdaşlığının inkişaf etdirilməsi məqsədi ilə Ticarət Nümayəndəliyi və Palata arasında dekabr ayında Bişkekdə görüşün keçirilməsi nəzərdə tutulur.
Görüşdə iqtisadi əlaqələrin gücləndirilməsi və investisiya perspektivləri müzakirə edilib. Görüş zamanı AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Agentliyin fəaliyyət istiqamətləri, Azərbaycan və İsveçrə arasında investisiya əməkdaşlığının hazırkı vəziyyəti və inkişaf dinamikası barədə məlumat verib.
Şanxay şəhərində keçirilən 8-ci Çin Beynəlxalq İdxal Sərgisi çərçivəsində Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev kənd təsərrüfatı, “yaşıl” enerji, ətraf mühitin mühafizəsi və mexaniki avadanlıq istehsalı sahələrində fəaliyyət göstərən bir sıra Çin şirkətlərinin nümayəndələri ilə görüşüblər.
Sərgidə Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, potensial investisiya layihələri, həmçinin “Made in Azerbaijan” brendi altında istehsal olunan məhsullar nümayiş olunur. Şanxay şəhərində Çinin Ticarət Nazirliyi, Şanxay Xalq Hökuməti və Çin Beynəlxalq İdxal Sərgi Bürosunun təşkilatçılığı ilə 8-ci Çin Beynəlxalq İdxal Sərgisi (China International Import Expo – “CIIE 2025”) keçirilir. Azərbaycan sözügedən sərgidə İqtisadiyyat Nazirliyi və Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə vahid ölkə və kommersiya stendləri ilə iştirak edir.
Tədbir çərçivəsində keçirilən panel sessiyasında birbaşa xarici investisiyaların cəlb edilməsində Agentliyin funksiyası və əlaqələndirici kimi rolu, Azərbaycanın investisiya və biznes mühitinin üstünlükləri barədə məlumat verilib. İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO Birləşmiş Ərəb Əmirliklərinin Şarja əmirliyində “Dünyamızın transformasiyası: Möhkəm və davamlı gələcəyə sərmayə qoymaq” mövzusunda keçirilən 29-cu Ümumdünya İnvestisiya Konfransı (World Investment Conference) və 8-ci Şarja İnvestisiya Forumunda (Sharjah Investment Forum) təmsil olunub.
Astanada təşkil edilən Qazaxıstan-Azərbaycan biznes forumunda iki ölkə arasında iqtisadi əlaqələrin gücləndirilməsi və yeni tərəfdaşlıq imkanları müzakirə olunub, sənədlər imzalanıb, Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının iclası keçirilib.