Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaşla bağlı yeni hüquqi proses başlayır. Yavaşın seçki mitinqləri zamanı bələdiyyə resurslarından istifadə etdiyi iddiaları ilə bağlı istintaq aparılmasına icazə verilib. Məlumata əsasən, araşdırma seçki kampaniyası dövründə dövlət və bələdiyyə imkanlarının qanunsuz istifadəsi ilə bağlı iddiaları əhatə edir.
#Ankara Böyükşəhər Bələdiyyəsi
Ankara Böyükşəhər Bələdiyyəsinin təhlükəsizlik xidməti bölməsi xüsusi mühafizə fəaliyyətində istifadə olunacaq 66 xidməti avtomobilin alınması üçün tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Avtomobillər tenderin nəticələri açıqlandıqdan sonra 10 gün ərzində təhvil alınmağa başlanacaq.