Parisdə Azərbaycan mədəniyyət naziri ilə UNESCO Baş direktoru arasında görüş keçirilib. Tərəflər əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər. Mədəni irsin qorunması və mədəniyyətlərarası dialoq əsas mövzulardan olub. Azərbaycan UNESCO ilə tərəfdaşlığa xüsusi önəm verdiyini bildirib. Gələcəkdə birgə layihələrin artırılması razılaşdırılıb. Görüş konstruktiv və əməkdaşlıq ruhunda keçib.
#Xalid əl-Ənani
Əl-Ənani, UNESCO-nun 1945-ci ildə yaradılmasından bəri quruma rəhbərlik edən ilk ərəb oldu. O, 57 üzvdən 55-nin dəstəyini qazanaraq, təşkilat tarixində ən yüksək səs fərqi ilə seçilən namizəd kimi tarixə düşdü. Bu seçim, Misirin mədəniyyət, təhsil və elm sahələrində beynəlxalq platformalarda daha fəal rol oynamaq istəyinin göstəricisi kimi dəyərləndirilir.