#20 Yanvar

20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Şəhidlər xiyabanını ziyarət edib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini dərin hüznlə anıblar.

1990-cı ilin 20 Yanvar faciəsi zamanı şəhid olan qəhrəman Vətən övladlarının ailələri və 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər dövlətimiz tərəfindən sosial müdafiə tədbirləri ilə əhatə ediliblər. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat verib.

Yanvarın 20-də - Ümumxalq Hüzn Günündə Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, digər dövlət və hökumət rəsmiləri Şəhidlər xiyabanını ziyarət ediblər. Dövlət və hökumət rəsmiləri Azərbaycanın azadlığı uğrunda həlak olan qəhrəman Vətən övladlarının məzarları üzərinə tər güllər düzüb, əziz xatirələrini ehtiramla anıblar.