#Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə II Milli Rəqabət Forumu keçirilir. Forumda rəqabət siyasətinin iqtisadi inkişafda rolu, təbii inhisarların fəaliyyətinin tənzimlənməsi və onun ictimai faydasına dair geniş fikir mübadiləsi aparılacaq. Tədbirdə millət vəkilləri, dövlət qurumları, biznes assosiasiyaları və özəl sektorun təmsilçiləri və digər maraqlı tərəflər iştirak edirlər.