Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas beynəlxalq hüquq və Birləşmiş Millətlər Təşkilatının (BMT) təsisçi prinsiplərini əsas gətirərək ABŞ-ı Fələstin rəsmilərinə viza qadağasına yenidən baxmağa çağırıb.
#ABŞ Dövlət Departamenti
ABŞ Dövlət Departamentinin saytında Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın hazırlanması üçün Strateji İşçi Qrupun yaradılması ilə bağlı Amerika Birləşmiş Ştatları Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Anlaşma Memorandumunun mətni dərc olunub.
Amerika Birləşmiş Ştatları Ermənistan və Azərbaycanla imzalanmış sənədləri, eləcə də Prezident Trampın avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə görüşünün yekun sənədini Dövlət Departamentinin saytında dərc edib. Məlumata əsasən, sənədlərə Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərindəki görüşünün yekunlarına dair Birgə Bəyannamə, Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın hazırlanması üçün Strateji İşçi Qrupun yaradılması ilə bağlı Amerika Birləşmiş Ştatları Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Anlaşma Memorandumu və Ermənistanla imzalanmış anlaşma memorandumları daxildir.
ABŞ Dövlət katibi Marko Rubio ilə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Mariano Qrossi arasında Ukraynadakı nüvə obyektləri və agentliyin İranda həyata keçirdiyi nəzarət fəaliyyətləri də daxil olmaqla, qlobal nüvə təhlükəsizliyi məsələlərinin müzakirə olunduğu bildirilib. Dövlət Departamentinin açıqlamasına görə, sentyabrın 8-dən 12-dək Avstriyanın paytaxtı Vyanada keçiriləcək BAEA İdarə Heyətinin iclası ərəfəsində baş tutan görüşdə Ukraynadakı nüvə obyektlərinin təhlükəsizliyi və agentliyin İranda həyata keçirdiyi yoxlama və nəzarət fəaliyyətləri də daxil olmaqla müxtəlif qlobal nüvə təhlükəsizliyi məsələləri müzakirə edilib.
Donald Tramp administrasiyası immiqrasiya siyasətini sərtləşdirərək, etibarlı vizası olan milyonlarla əcnəbinin sənədlərinin yenidən yoxlanılacağını açıqlayıb. ABŞ Dövlət Departamentinin məlumatına görə, yoxlamalar viza müddətini keçmə, cinayət törətmə, ictimai təhlükəsizliyi təhdid etmə, terror fəaliyyəti ilə məşğul olma və ya terror təşkilatına dəstək vermə kimi halları əhatə edəcək. Əgər pozuntular aşkarlanarsa, vizalar ləğv ediləcək, ölkədə olan şəxslər isə deportasiya oluna biləcək. Proses zamanı viza sahiblərinin öz ölkələrindəki təhlükəsizlik və immiqrasiya qeydləri, eləcə də sosial media fəaliyyətləri də nəzərdən keçiriləcək.
ABŞ vitse-prezidenti Cey Di Vens Ukrayna münaqişəsinə dair açıqlamasında Rusiyanın hədəflərini şərh edib. Vens bildirib ki, Kiyev uzunmüddətli perspektivdə ərazi bütövlüyünü qorumaq istəyir, Kreml isə əlavə torpaq iddialarını davam etdirir.
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin daha dörd nümayəndəsinə qarşı sanksiyalar tətbiq edib. ABŞ dövlət katibi Marko Rubio bildirib ki, məhdudiyyətlər Kanada vətəndaşı hakim Kimberli Prost, Fransa vətəndaşı hakim Nikola Giyu, həmçinin Fici vətəndaşı prokuror müavini Şamim Xan və Seneqal vətəndaşı prokuror müavini Mame Mandiyaye Nianqa şamil olunub. Rubionun sözlərinə görə, bu addımın əsas səbəbi Məhkəmənin ABŞ və ya İsrail vətəndaşlarının fəaliyyətlərini araşdırmaq, onların həbs edilməsi və ya saxlanılmasına, məhkəmə qarşısına çıxarılmasına cəhd göstərməsidir. O, Məhkəməni “iflas etmiş institut” adlandırıb.
Dövlət Departamenti ilin əvvəlindən bu yana tələbələrin viza müddətinin pozulması, müxtəlif qanun pozuntuları və təhlükəsizliklə bağlı səbəblərə görə 6 mindən çox vizanın ləğv edildiyini təsdiqləyib. Rəsmi açıqlamada bildirilib ki, bu ləğvlərin böyük əksəriyyəti “hücum, sərxoş halda avtomobil idarəetmə, oğurluq və terrorizmə dəstək” kimi hallarla bağlıdır. Təxminən 4000 tələbənin vizası qanun pozuntularına görə, 200-300 nəfərin vizası isə “terrorla əlaqəli səbəblər” üzündən ləğv olunub.
ABŞ dövlət katibi Marko Rubio, 16 avqustda Qəzzalılara ziyarətçi vizalarının verilməsinin dayandırıldığını elan etdikdən sonra, bu qərarın yenidən nəzərdən keçiriləcəyini bildirib. Rubio, CBS News-a verdiyi müsahibədə, ABŞ-ın Qəzza xalqına verdiyi ziyarətçi vizalarının dayandırılması ilə bağlı danışıb. Rubio bildirib ki, yalnız Qəzzalı uşaqlara deyil, onlara müşayiət edən böyüklərə də viza verildiyini xatırladıb. Rubio, Konqresə təqdim olunan sübutlara əsasən, viza prosesi ilə əlaqəli olan bəzi qurumların HƏMAS-la güclü əlaqələrinin olduğunu iddia edərək, “HƏMAS-la dost münasibətdə olan qruplarla əməkdaşlıq etməyəcəyik.” - deyə qeyd edib.
ABŞ Dövlət Departamenti Qəzza sakinlərinə verilən vizaların fəaliyyətini dayandırıb. Bu barədə qurumun "X" sosial şəbəkəsində yayımladığı bəyanatda bildirilib. Beləliklə, ABŞ müvəqqəti olaraq Qəzza sakinlərinə verilən vizaları dayandırıb və səbəb kimi humanitar və tibbi vizaların verilməsi mexanizminin yenidən yoxlanılmasını əsas göstərib.
Bildirilib ki, Türkiyə qanunun aliliyi və əsas hüquq-azadlıqlar çərçivəsində terrorun bütün forma və təzahürlərinə qarşı uğurla mübarizə aparır. Hesabatda FETÖ ritorikasına əsaslanan iddiaların yer alması təəssüf doğurduğu vurğulanıb. Nazirlik həmçinin qeyd edib ki, Suriyada həyata keçirilən əməliyyatlar beynəlxalq hüququn verdiyi özünümüdafiə hüququ çərçivəsində, mülki şəxslərə və infrastruktur obyektlərinə maksimum diqqət göstərilməklə aparılır.
Rusiya Xarici İşlər Naziri Sergey Lavrov, ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə Alyaskada keçirəcəyi görüş öncəsi danışıqların uğursuzluqla nəticələnə biləcəyi ehtimalına münasibət bildirib. Rusiya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamaya görə, Lavrov Alyaskada jurnalistlərin suallarını cavablandırarkən Trampın görüşün uğursuzluqla nəticələnmə ehtimalının 25 faiz olduğunu deməsinə toxunub.