ABŞ administrasiyası, bu il tətbiq edilən səyahət qadağaları və məhdudiyyətlər çərçivəsində 19 ölkənin vətəndaşlarının immiqrasiya müraciətlərini müvəqqəti dayandırıb. ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətləri (USCIS) verdiyi təlimatda, geniş araşdırma aparılana qədər bütün I-589 (sığınacaq) müraciətlərinin dondurulmasını bildirib.
#ABŞ Dövlət Departamenti
Venesuela Prezidenti Nikolas Maduro paytaxt Karakasda keçirilən Bolivarcı İcma Komandanlarının andiçmə mərasimində çıxışı zamanı rəqs edərək ABŞ-a “sülh” çağırışı edib. Tədbir hakim Birləşmiş Sosialist Partiyası tərəfindən təşkil olunub. Mərasimdə öz sözlərinin remiks edilmiş versiyasının müşayiəti ilə rəqs edən Maduro, “Müharibə? Qətiyyən yox. Müharibəyə yox, xahiş edirəm sülh olsun”, – deyərək Venezuela hökumətinin gərginlik deyil, dialoq istədiyini bildirib.
ABŞ Dövlət Departamenti Əfqanıstan pasportu ilə səyahət edən şəxslər üçün viza verilməsini təcili şəkildə dayandırıb. Bu barədə qurumun bəyanatında deyilir.
ABŞ Prezidenti Donald Tramp “ABŞ sisteminin tam bərpa oluna bilməsi üçün üçüncü dünya ölkələrindən gələn bütün miqrasiyanı daimi olaraq dayandıracağam” açıqlamasını verib. Tramp, ABŞ mənşəli Truth Social hesabında miqrasiya siyasəti ilə bağlı açıqlama yayımlayıb. ABŞ-ın texnoloji baxımdan inkişaf etmiş olduğunu, lakin miqrasiya siyasətinin bu nailiyyətlərə zərər verdiyini iddia edən Tramp, “ABŞ sisteminin tamamilə yaxşılaşması üçün üçüncü dünya ölkələrindən gələn bütün miqrasiyanı daimi olaraq dayandıracağam” ifadəsini işlədib.
ABŞ Prezidenti Donald Tramp, Venesuela ilə bağlı yeni açıqlamalarında Prezident Nikolas Maduro ilə müəyyən səviyyədə təmasların ola biləcəyini bildirib. Floridadakı istirahətindən Vaşinqtona dönərkən jurnalistlərin suallarını cavablandıran Tramp, “Maduro ilə bəzi görüşmələr aparır ola bilərik və bunun necə nəticələnəcəyini görəcəyik. Onlar danışmaq istəyirlər,” deyə qeyd edib. Venesuela ilə bağlı yeni irəliləyiş olub-olmaması barədə suala isə Tramp “Xeyr, yoxdur,” cavabını verib.
ABŞ Dövlət Departamentinin İraqa 100 milyon dollarlıq mümkün hərbi rabitə sistemi satışını təsdiqlədiyi bildirildi. ABŞ Müdafiə Nazirliyinə bağlı Müdafiə Təhlükəsizlik Əməkdaşlığı Agentliyi (DSCA) İraqa mümkün hərbi rabitə sistemi satışına dair açıqlama yayıb. Açıqlamada, Dövlət Departamentinin İraqın komanda və nəzarət qabiliyyətinin artırılması üçün 100 milyon dollarlıq rabitə və radio sistemlərinin satışına icazə verdiyi qeyd edilib.
ABŞ, Suriya Prezidenti Əhməd Əş-Şəraanı sanksiya siyahısından çıxardığını elan edib. ABŞ Dövlət Departamentinin sözçü müavini Tommi Piqott açıqlamasında Dövlət Katibi Marko Rubionun Suriya Prezidenti Əhməd Əş-Şəraanı siyahıdan çıxardığını bildirib. Piqott bu qərarın “Suriyanın yeni bir dövrə keçidini tanıyan güclü siyasi mesaj” daşıdığını vurğulayıb. ABŞ Maliyyə Nazirliyinin də Suriya Daxili İşlər Naziri Ənəs Hattabı sanksiya siyahısından çıxardığı bildirilib.
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Nigeriyada xristianlar “mövcudluq baxımından təhlükə” ilə üzləşirlər. Onun bu açıqlaması, ABŞ və Avropadakı radikal sağ dairələrdə Nigeriyada “xristianlara qarşı kütləvi qırğın” iddialarının geniş şəkildə yayılması fonunda səslənib.
ABŞ-ın paytaxtı Vaşinqtona yerləşdirilən Milli Qvardiya bölmələrinin 2026-cı ilin fevralına qədər fəaliyyətini davam etdirəcəyi iddia edilir. CNN-in mövzu ilə bağlı məlumatlı mənbələrə istinadən verdiyi xəbərə görə, Müdafiə naziri Pit Hegseth Milli Qvardiya qüvvələrinin xidmət müddətini uzadıb. Məlumata əsasən, xidməti noyabr ayının sonunda başa çatacaq bölmələrin 2026-cı ilin fevralına qədər paytaxt Vaşinqtonda yerləşməyə davam etməsi gözlənilir.
ABŞ Prezidenti Donald Tramp Tokioda Yaponiya Baş naziri Sanaye Takaişi ilə görüşüb və iki ölkə arasında nadir metalların təchizatının təhlükəsizliyinə dair saziş imzalanıb. Sazişin məqsədi Çinin bu sahədə tətbiq etdiyi ixrac məhdudiyyətləri fonunda hasilat, emal və təchizat zəncirlərini möhkəmləndirməkdir. Görüş zamanı Takaişi ABŞ-a 250 illik münasibətilə 250 albalı ağacı hədiyyə ediləcəyini açıqlayıb və Trampa keçmiş baş nazir Şinzo Abenin şəxsi qolf çubuqlarını təqdim edib. Tramp ABŞ-ın Yaponiyaya tam dəstək verdiyini bildirib və Takaişinin ölkənin ilk qadın baş naziri olmasını “böyük nailiyyət” kimi qiymətləndirib.
“HƏMAS” hərəkatı bazar günü ABŞ Dövlət Departamentinin bəyanatını qəti şəkildə rədd edib. Vaşinqton bəyanatında hərəkatın “İsraillə atəşkəs razılaşmasını yaxın günlərdə pozacağına dair etibarlı məlumatlar” olduğunu iddia etmişdi.
ABŞ-da federal hakim Syuzen İllston prezident Donald Tramp administrasiyasının minlərlə dövlət qulluqçusunu işdən azad etmə planını müvəqqəti olaraq dayandırıb. Qərar Kaliforniya federal məhkəməsində keçirilən dinləmədən sonra elan olunub. Hakim bildirib ki, Tramp administrasiyasının addımları qanunla ziddiyyət təşkil edir və açıq siyasi motiv daşıyır.