Azərbaycanın kapital bazarı tarixində növbəti əlamətdar hadisə baş verib. Belə ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) kütləvi təklif üsulu ilə Azərbaycan manatında daxili bazarda ilk dəfə istiqraz yerləşdirib. Yerli kapital bazarında buraxılan ilk dəyişkən faizli bu istiqrazların kupon faiz dərəcəsi Azərbaycan Respublikasının Mərkəzi Bankının AZİR indeksi (Banklararası Təminatsız Pul Bazarında İstinad Faiz Dərəcəsi) əsasında müəyyən edilir. AZİR indeksinin etibarlı istinad faizi kimi istiqraz buraxılışında istifadəsi gələcəkdə daha mürəkkəb maliyyə alətlərinin tətbiqi üçün mühüm zəmin yaradacaqdır.