2025-ci ilin avqust ayında Türkiyənin İƏT ölkələrinə ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 4,9 faiz azalaraq 6 milyard 18 milyon 863 min dollar olub. Məlumata əsasən bu ilin yanvar – avqust ayında, Türkiyənin İƏT ölkələrinə ixracatı, keçən ilin analoji dövri ilə müqayisədə 4,8 faiz artaraq, 47 milyard 137 milyon 850 min dollar olub. “Bu ilin avqust ayında Türkiyənin İƏT ölkələrindən idxalı 2024 -cü ilin eyni dövrü ilə müqayisədə 11,4 faiz azalaraq 3 milyard 106 milyon 21 min dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər.