#Qəzza zolağı

Səhər saatlarından başlayaraq həyata keçirilən hücumlarda yeddisi eyni ailənin üzvü olmaqla 25 fələstinli şəhid olub. Tibbi mənbələr və şahidlərin məlumatına görə, İsrail ordusu Qəzza zolağında köçkünlərin çadırlarını, mülki əhalinin evlərini və yardım axtaranların toplandığı yerləri hədəfə alıb.

Yəməndə İranın dəstəklədiyi husilər İsrail əsgərlərinin Məscidül-Əqsaya basqınından sonra altı pilotsuz təyyarə ilə İsrailin dörd bölgəsinə zərbə endirdiklərini açıqlayıb. Husi ordusunun sözçüsü Yəhya Seri hücumların cənubdakı Bir-es-Sebi (Bershawa), Nəcəf və Əliat şəhərlərinə, həmçinin şimaldakı Hayfaya yönəldiyini və “kritik hədəflərin” vurulduğunu iddia edib. Qeyd edək ki, husilər bu hücumları İsrailin Qəzza zolağında fələstinlilərə qarşı həyata keçirdiyi hərbi əməliyyatlara, Məscidül-Əqsaya basqınlara və müqəddəs məkanlara qarşı pozuntulara cavab olaraq etdiklərini bildiriblər. İsrail tərəfi isə məsələ ilə bağlı açıqlama verməyib. Yanvarın 19-da əldə olunan atəşkəs razılaşmasının pozulmasından sonra husilər vaxtaşırı ballistik raketlər və PUA-larla İsraili hədəfə alır.

BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (OCHA) Qəzzadakı yardım tərəfdaşlarının bu uşaq ölümü sayını “dünyanı utandıran və təcili tədbir tələb edən faciəvi mərhələ” kimi qiymətləndirib. Ümumdünya Ərzaq Proqramı bildirir ki, 300 mindən çox uşaq ciddi təhlükə altındadır və Qəzza əhalisinin üçdə biri günlərlə qidasız qalıb. Qida təminatı üçün aylıq 62 min ton ərzaq yardımına ehtiyac var, lakin 2 milyondan çox insan hələ də kifayət qədər qidaya çıxış əldə edə bilmir.

Yeddi Qremmi mükafatı laureatı olan Madonna sosial şəbəkə paylaşımında Papadan qarşıdurmaların ortasında qalan günahsız uşaqları xilas etmək üçün humanitar yardım qapılarının tam açılmasına kömək göstərməsini istəyib. ​“Çox gec olmadan işığınızı uşaqlara çatdırın. Mən bir ana olaraq onların əzabına dözə bilmirəm. Dünya uşaqları hamımızındır. Qəzzaya girə biləcək yeganə şəxs sizsiniz” – deyə o bildirib. Madonna, siyasətin dəyişiklik yaratmadığını, yalnız məlumatlılıq gətirdiyini vurğulayıb və heç bir tərəfi günahlandırmadığını, məqsədinin yalnız uşaqların həyatını xilas etmək olduğunu qeyd edib.

Grok əvvəlcə Beynəlxalq Ədalət Məhkəməsinin (ICJ), BMT ekspertlərinin, Amnesty International və B’Tselem kimi insan haqları təşkilatlarının hesabatlarına istinad edərək İsrail və ABŞ-ın Qəzzada soyqırım törətdiyini qeyd etmişdi. Bu cavab X platformasının nifrət nitqinə dair qaydalarını pozduğu üçün Grokun fəaliyyəti dayandırılmışdı. xAI-nin baş direktoru Elon Musk dayandırmanı "axmaq səhv" adlandıraraq səbəbi tam bilmədiyini bildirib.

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İsrail "növbəti addım" barədə qərar verməlidir, lakin HƏMAS-ın Qəzzada qala bilməyəcəyini müdafiə edir. Tramp bu fikirləri "Axios" xəbər portalına telefon danışığı zamanı İsrailin Qəzzaya hücumları ilə bağlı şərh verərkən səsləndirib. İsrail Baş naziri Benyamin Netanyahunun Qəzzanın işğalı ilə bağlı qərarını açıq şəkildə dəstəklədiyini ifadə etməsə də, Tramp mövcud vəziyyətdə HƏMAS-ın əsirləri azad edəcəyinə inanmadığını deyib.

“Times of Israel” və “Haaretz”in istinad etdiyi diplomatik mənbələr bildirir ki, HƏMAS böyük güzəştlərə hazır olduğunu göstərərsə, İsrail siyasi rəhbərliyi bu hərbi əməliyyatı dayandıra bilər. Lakin iki tərəf arasında fikir ayrılıqlarının qalması ehtimalı hələ də yüksəkdir. Fələstinli mənbələr isə HƏMAS-ın danışıqlarda irəliləyiş istəyinin İsrailin Qəzzaya nəzarət planından çəkilib-çəkməməsindən asılı olduğunu vurğulayırlar. Bu xəbərlər İsrail-HƏMAS arasında danışıqların əvvəlki iflasından sonra gəlsə də, İsrailin razılığa hazır olduğunu göstərən siqnallar da mövcuddur.

İsrail ordusunun bu gün səhər saatlarından etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlar nəticəsində 15 fələstinli həyatını itirib. Xəstəxana mənbələrinin və şahidlərin verdiyi məlumata görə, İsrail ordusu Qəzza zolağında yenidən köçkün düşənlərin çadırlarını, mülki insanların evlərini və yardım gözləyən şəxsləri hədəfə alıb. İsrailin Qəzza şəhərinin cənub-şərqində yerləşən Zeytun məhəlləsində bir evi bombalaması nəticəsində 4 fələstinli həyatını itirib, 2 nəfər yaralanıb. Eyni məhəllədə başqa bir evə edilən hücum zamanı da 4 nəfər ölüb.

Dövlət İşçilərinin Dərnəyi (ATE) və H.I.J.O.S. təşkilatı federal məhkəməyə müraciət edərək onu “müharibə cinayətləri, soyqırım və insanlığa qarşı cinayətlər”də ittiham edib. Şikayətdə Beynəlxalq Cinayət Məhkəməsinin 2024-cü ildə verdiyi həbs qərarına istinad olunub və Netanyahunun Qəzzada aclıqdan ölüm, qətl, təqib və BMT obyektlərinə hücum kimi cinayətlərə görə məsuliyyət daşıdığı bildirilib. Argentina prezidenti Xavyer Milei isə hökumətin BCM qərarlarını tanımadığını açıqlayaraq, bunun İsrailin “qanuni özünümüdafiə haqqını” nəzərə almadığını deyib