İnsan orqanizmində sümüklər çox zaman dəyişməz və hərəkətsiz quruluş kimi qəbul edilsə də, əslində onlar daim yenilənən canlı toxumadır. Orqanizmdə hər gün köhnə sümük hüceyrələri parçalanır, yeniləri isə formalaşır. Bu balans insanın hərəkət etməsini, ayaqda qalmasını və yaşlanmaya qarşı müqavimətini təmin edir.
#osteoporoz
Dünyada sürətlə yayılan mikroplastiklərin insan orqanizminin ən dərin toxumalarına qədər sirayət etdiyi təsdiqlənib. Yeni araşdırmalar bu hissəciklərin artıq yalnız qida, içki və havada deyil, həmçinin bağırsaq, beyin və reproduktiv orqanlarla yanaşı, sümüklərin dərinliklərində də toplandığını göstərib.