ABŞ Prezidenti Donald Tramp, həyata keçirdikləri hava hücumlarından sonra İranın nüvə proqramını yenidən başlatmaq təşəbbüsündə bulunduğunu iddia edib. Tramp, İran ilə cümə günü Omanın paytaxtı Maskatda keçirilməsi gözlənilən görüşlər ərəfəsində "NBC News"a gündəmlə bağlı açıqlamalar verib. İranın ABŞ ordusunun vurduğu nüvə obyektlərinə qayıda bilmədiyini, lakin ölkənin başqa bir nöqtəsində yeni bir nüvə obyekti qurmağı düşündüyünü irəli sürən Tramp: "Bunu öyrəndik və 'Bunu etsəniz, çox ağır nəticələri olar' dedim," — ifadəsini işlədib.
#İran-İsrail gərginliyi və İraq seçkiləri
İraqda 11 noyabrda keçiriləcək parlament seçkiləri yaxınlaşır. Lakin gözlənilən sabitlik və dəyişiklik əvəzinə, cəmiyyət yenidən illərdir təkrarlanan suallarla üz-üzədir: seçkilər vaxtında keçiriləcəkmi, “fövqəladə hökumət” qurulacaqmı, boykot seçkilərin legitimliyinə necə təsir göstərəcək? Altı seçki mərhələsi arxada qalsa da, partiyaların ritorikası dəyişməyib. Hakimiyyət hələ də “Baas”ın qayıdışı ilə qorxudur, məzhəbçi narahatlıqları dərinləşdirir. Seçkilərdə iştiraka çağırışlar çox vaxt “şiə çoxluğunun nailiyyətlərini qorumaq” iddiaları və hətta silah işlətmə hədələri ilə müşayiət olunur.