Rusiyanın Kamçatka yarımadasında 5,3 maqnitudalı zəlzələ baş verib. Bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.
#Rusiya
Rusiya Prezidenti Vladimir Putin ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub. Xatırladaq ki, iyulun 28-də Putin Netanyahu ilə telefon danışığında Suriyanın ərazi bütövlüyü və suverenliyinin qorunmasının vacibliyini vurğulamışdı. O, Suriyada bütün etnik və dini qrupların qanuni hüquqlarının və maraqlarının qorunması ilə daxili siyasi sabitliyin gücləndirilməsinin əhəmiyyətini qeyd etmişdi. O, həmçinin İranın nüvə proqramı ilə bağlı böhranın danışıqlar yolu ilə həll olunması üçün Moskvanın vasitəçilik etməyə hazır olduğunu bildirmişdi.
Avropa İttifaqının (Aİ) Rusiya ilə ticarət və enerji əməkdaşlığını dayandırması nəticəsində yaranan ümumi iqtisadi itkilər 1 trilyon avronu ötüb.
Ukrayna Rusiya ilə 1 200 hərbi əsirin dəyişdirilməsi barədə razılığa gəlib. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında məlumat verib.
Rusiyanın Kamçatka yarımadasının sahillərində 6,8 bal gücündə zəlzələ baş verib. Bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialının "Telegram" kanalında məlumat verilib.
Tramp sualtı qayıqların növü və onların dəqiq istiqaməti barədə məlumat verməsə də, ümumilikdə Pentaqon belə hərbi gəmilərin hərəkəti barədə ictimaiyyətə az məlumat açıqlayır. CNN-in məlumatına görə, ABŞ Hərbi Dəniz Qüvvələrinin istifadə etdiyi bütün sualtı qayıqlar nüvə enerjisi ilə işləyir, lakin yalnız bir növü nüvə başlıqlı silahlarla təchiz olunub.
Rusiyanın şərqində yerləşən Kamçatka bölgəsində baş verən güclü zəlzələ, müasir dövrdə qeydə alınmış ən böyük təbii fəlakətlərdən biri kimi tarixə düşdü. 8,8 bal gücündə olan zəlzələ, dünyada baş vermiş ən güclü 10 zəlzələ siyahısına daxil edilib.
ABŞ Prezidenti Donald Tramp, Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini və Rusiyanın sabiq prezidenti Dmitri Medvedevin bəyanatlarına cavab olaraq, Rusiya yaxınlığına iki nüvə sualtı qayığının yerləşdirilməsi barədə göstəriş verib.
ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişəni sabiq Prezident Co Baydenin müharibəsi adlandırıb.
Yeni rüsumlar avqustun 7-dən qüvvəyə minəcək. Bu müddət, gömrük və sərhəd xidmətinə yeni rüsumların tətbiqi ilə bağlı zəruri dəyişiklikləri həyata keçirmək üçün verilib.
Rusiyanın Şərq bölgəsində yerləşən Kamçatka yarımadasında 6.2 bal gücüncə zəlzələ baş verib.