Avtomobili diplomatın həyat yoldaşı idarə edirdi.
#Rusiya
Baş nazir Əli Əsədov ilə Mixail Mişustin arasında telefon danışığı olub.
2026-ci ilin yanvar ayında Türkiyədən Rusiyaya dəri məhsulları ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz artaraq, 4 milyon 164 min 92 dollara bərabər olub. 2026-ci ilin yanvar ayında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,4 faiz azalaraq, 106 milyon 755 min dollara bərabər olub. Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2026 - yanvar 2025) Türkiyə 1 milyard 425 milyon 447 min dollar məbləğində dəri məhsulları ixrac edib.
24 fevral 2022-ci ildə Rusiya Prezidenti Vladimir Putinin “xüsusi hərbi əməliyyat” adlandırdığı qərar Avropada İkinci Dünya müharibəsindən bəri ən böyük quru müharibəsinin başlanğıcına çevrildi. Kreml sürətli qələbə və Kiyevdə hakimiyyət dəyişikliyi planlaşdırırdı, lakin dörd il sonra müharibə uzanan, tükəndirici və yüksək maliyyətli qarşıdurma mərhələsinə keçib. Müharibənin ilk saatlarında Rusiya Ukrayna ərazisinə raket zərbələri endirdi, hava limanları və hərbi obyektlər hədəfə alındı. Sərhədə toplanmış qoşun birləşmələri paytaxt Kiyev istiqamətində irəlilədi və hətta şəhərin 15 kilometrliyinə qədər yaxınlaşdı. Lakin planlaşdırılan sürətli çöküş baş vermədi. Ukrayna rəhbərliyi geri çəkilmədi, əksinə, müqavimət təşkil etdi.
2026-ci ilin yanvar ayında Türkiyədən Rusiyaya elektrik avadanlıqları ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 32,3 faiz azalaraq, 14 milyon 511 min 28 dollara bərabər olub. 2026-ci ilin yanvar ayında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,7 faiz artaraq, 1 milyard 342 milyon 366 min dollara bərabər olub. Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2026 - yanvar 2025) Türkiyə 17 milyard 852 milyon 72 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib.
Türkiyənin Ticarət naziri Ömər Bolat Rusiya Baş nazirinin müavini Aleksandr Novak ilə ikitərəfli görüş keçirib. Görüş zamanı əsas müzakirə mövzusu iki ölkə arasında 100 milyard dollarlıq ticarət dövriyyəsi hədəfinə çatmaq üçün atılacaq addımlar olub. Tərəflər ticarət və iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi, mövcud əməkdaşlığın davamlılığının gücləndirilməsi məsələlərində razılıq əldə ediblər.
Səudiyyə Ərəbistanının xarici işlər naziri Şahzadə Feysəl bin Fərhan bin Abdullah və rusiyalı həmkarı Sergey Lavrov cümə axşamı ölkələri arasında diplomatik münasibətlərin 100 illiyi münasibətilə bir-birini təbrik ediblər. Xarici işlər nazirinin müavini Vəlid Əlxereyci Ər-Riyadda Rusiyanın Krallıqdakı səfiri Sergey Kozlovla görüş zamanı xarici işlər nazirinin adından Lavrovun məktubunu alıb.
Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın Kubaya qarşı tətbiq etdiyi sanksiyalara qarşı olduğunu və Moskvanın bu addımları qəbul etməyəcəyini bəyan edib. Vladimir Putin Moskvada Bruno Rodriguez ilə görüşündə ABŞ-ın yeni məhdudiyyətlərini şərh edərək bildirib ki, Rusiya Kubanın müstəqillik və öz inkişaf yolunu seçmək hüququnu daim dəstəkləyib.
Almaniya kansleri Fridrix Merts Ukrayna münaqişəsinin yaxın zamanda danışıqlar yolu ilə başa çatmasının real görünmədiyini bildirib. Onun sözlərinə görə, “bu müharibə yalnız iki tərəfdən biri hərbi və ya iqtisadi baxımdan tükənəndə sona çata bilər”. Kansler qeyd edib ki, münaqişənin sürətli şəkildə danışıqlar yolu ilə həllinə böyük ümidlər görmür.
İran Prezidenti Məsud Pezeşkian Rusiyanın energetika naziri Sergey Tsivilyov və onu müşayiət edən nümayəndə heyətini Tehranda qəbul edib. görüşdə Tehran-Moskva münasibətlərinin yeni əməkdaşlıq mərhələsində “mükəmməl və inkişaf edən” səviyyədə olduğu vurğulanıb. Pezeşkian ikitərəfli təmasların sürətlənməsindən məmnunluğunu ifadə edib. Prezident iki ölkə arasında imzalanmış uzunmüddətli strateji əməkdaşlıq sazişinin güclü, sürətli və dəqiq şəkildə icrasına sadiq olduqlarını bildirib. Onun sözlərinə görə, nəqliyyat, energetika, neft və qaz, kənd təsərrüfatı, müdafiə və təhlükəsizlik sahələrində razılaşdırılmış layihələrin həyata keçirilməsi davam edir.
Peskov Rusiya, ABŞ və Ukrayna arasında böhranın həlli ilə bağlı Cenevrə şəhərində aparılan üçtərəfli məsləhətləşmələrə də toxunaraq bildirib ki, müzakirə olunan məsələlərin açıqlanması düzgün olmaz. Onun sözlərinə görə, danışıqların aralıq nəticələrini qiymətləndirmək hələ tezdir və Rusiya Prezidenti Vladimir Putinə birbaşa məlumat verilir.
2026-ci ilin yanvar ayında Türkiyədən Rusiyaya hazır geyim ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 30,2 faiz artaraq, 8 milyon 16 min 89 dollara bərabər olub. 2026-ci ilin yanvar ayında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz azalaraq, 1 milyard 340 milyon 771 min dollara bərabər olub. Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2026 - yanvar 2025) Türkiyə 16 milyard 699 milyon 252 min dollar məbləğində hazır geyim ixrac edib.