Böyük Qayıdış proqramına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizə köçürülən sakinlər üçün aktiv məşğulluq tədbirlərini davam etdirir. Yarmarkada işsiz və işaxtaran şəxslərə mütəxəssis, xəzinədar, qənnadçı, nəzarətçi, qeydiyyatçı və s. işlər üzrə 67 vakansiya təqdim edilib.
#Qarabağ
Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb. Köç edən ailələr bu günə kimi respublikanın müxtəlif yerlərində yataqxanalarda sanatoriya binalarında məskunlaşan sakinlərdir. Bu köç də daxil olmaqla, Ağdərə rayonunun Həsənriz kəndində 228 ailə 857 nəfər məskunlaşıb.
Ağalıda kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə baxış keçirilib
Ölkəmiz öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra işğaldan azad olunmuş ərazilərin dirçəldilməsi üzrə genişmiqyaslı işlərə başlayıb. Biz bu məsələdə Mərkəzi Asiya ölkələrinin Azərbaycana göstərdiyi qardaş dəstəyini yüksək qiymətləndiririk.
"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən Zəngilan rayonunun Məmmədbəyli kəndinə növbəti köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr doğma yurdlarına qovuşub. Məmmədbəyli kəndi bu gün 30 ailə olmaqla, 143 nəfərə qucaq açıb. Kəndə qədəm qoyan sakinlər sevinc göz yaşları ilə öz doğma yurdlarına qovuşublar.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Zəngilan rayonunun Məmmədbəyli və Ağdam rayonunun Xıdırlı kəndlərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
“Qarabağ” Futbol Klubu həm meydançada, həm də meydançadan kənarda istənilən irqçiliyi, ayrı-seçkiliyi və ya nifrət dolu davranışı qətiyyətlə pisləyir. Bildirilir ki, 05.11.2025-ci il tarixində UEFA Gənclər Liqası çərçivəsində keçirilmiş “Qarabağ” – “Çelsi” matçında tribunada bir azarkeşin rəqib oyunçuya qarşı irqçi jestləri ilə bağlı hadisə diqqətimizə çatdırıldı
Çempionlar Liqasının 5-ci turunun Napoli - Qarabağ görüşünə biletlər artıq satışa çıxarılıb. Biletlərin qiyməti 25 avrodan 165 avroya (təxminən 49 manatdan 324 manata qədər) dəyişir. Qeyd edək ki, 4 turdan sonra Qarabağ 7 xalla 15-ci, Napoli 4 xalla 24-cü pillədədir.
Türkiyə Ermənistanla normallaşma prosesini Azərbaycanla sinxron şəkildə həyata keçirir.
Noyabrın 5-də 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin 5 illiyinə həsr olunan tədbir keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər. Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən tədbirə ölkəmizin müxtəlif bölgələrindən gələn Birinci Qarabağ müharibəsi, Vətən müharibəsi, Aprel və Tovuz döyüşləri, eləcə də antiterror əməliyyatları zamanı şəhid olmuş qəhrəmanlarımızın anaları dəvət olunub.
UEFA Çempionlar Liqasının IV turunda Azərbaycan təmsilçisi “Qarabağ” doğma meydanda İngiltərənin “Çelsi” klubunu qəbul edəcək. Görüş bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Komandaların əvvəlki qarşılaşmaları 2017/18 mövsümündə olub – London “Çelsi”də 6:0, Bakıda isə 4:0 hesabı ilə qələbə qazanmışdı. “Qarabağ” ümumilikdə İngiltərə komandalarına qarşı keçirdiyi 7 oyunun hamısında uduzub, son 6 oyununda qol vura bilməyib.
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Çelsi” (İngiltərə) matçı öncəsi mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları müəyyənləşib. Komandamızın baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı noyabrın 4-də saat 17:00-da Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq. Daha sonra saat 18:00-da media nümayəndələri üçün açıq məşq keçiriləcək, məşqin ilk 15 dəqiqəsi ictimaiyyət üçün açıq olacaq.