#Qarabağ

UEFA Çempionlar Liqasının əsas mərhələsində baş tutacaq "Qarabağ" - "Çelsi" qarşılaşmasına satılan biletlərin sayı bəlli olub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Qarşılaşmaya ümumilikdə 27 min 250 bilet satılıb. Qeyd edək ki,Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq "Qarabağ" – "Çelsi" oyunu 21:45-də start götürəcək.

Qarabağ futbol klubu Türkiyəni Respublikası Günü münasibətilə təbrik edib. Bu barədə klub sosial mediada paylaşım edib. "Qardaş Türkiyənin Cümhuriyyət Bayramı mübarək olsun" - deyə paylaşımda qeyd edilir. Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin 29 Oktyabr 1923-cü ildə Respublika idarəçiliyini elan etməsinin xatirəsinə hər il 29 Oktyabrda Türkiyə və Şimali Kiprdə Respublika Bayramı qeyd olunur. Bu bayram 1925-ci ildə qanunla milli bayram statusu almışdır.

Beynəlxalq səyahətçilərin Qarabağa təşkil edilmiş növbəti səfər çərçivəsində Şuşa şəhərinə səfəri başlayıb. Qarabağ bürosunun xəbərinə görə, səyahətçilər ilk olaraq Şuşa şəhərinin mərkəzində olub ermənilərin Üzeyir Hacıbəylinin, Xurşudbanu Natavanın güllələdikləri heykəllərə baxış keçiriblər.

İşğaldan azad edilmiş Xocavənd rayonunun Tağaverd kəndi ərazisində 2025-ci il 20 oktyabr tarixində mina hadisəsi baş verib. Bildirilib ki, ekskavator operatoru vəzifəsində çalışan Agentliyin əməkdaşı 1967-ci il təvəllüdlü Şirinov İlqar Vəli oğlu xidməti vəzifəsini yerinə yetirərkən baş verən piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb.

Təmsilçimiz Qarabağ iki turdan sora iki qələbə qazanaraq tarixi uğura imza atıb. Ağdam klubu hazırda 6 xalla turnir cədvəlinin 6-cı yerində qərarlaşıb. Üçüncü turda isə təmsilçimiz Bilbao səfərinə yollanacaq. Oyun Bakı vaxtı ilə 20:45-də start götürəcək.

Qarabağ Futbol Klubu Azərbaycanın və Qafqazın FIRST Robotics Competition (Elm və Texnologiyanın Təşviqi və Tanınması üçün Robototexnika Müsabiqəsi) üzrə ilk və yeganə komandası olan “MecHack-9030” komandası ilə rəsmi əməkdaşlığa başlayıb. Əməkdaşlıq çərçivəsində komanda “Qarabağ MecHack-9030” adını daşıyacaq, gənclərin inkişafı, intellektual sahələrin təşviqi və ölkəmizin beynəlxalq arenada tanıdılması istiqamətində birgə fəaliyyət göstərəcək.

“Futbolçularımı və azarkeşlərimizi təbrik edirəm. Bu gün sanki meydanda birlikdə, bir-birilərinin arxasında idilər. Belə böyük turnirlərdə elə an olur ki, ona dözmək lazım gəlir. Bunu ikinci hissədə etdik. Rəqib riskə getdi, bəzi top itkilərimiz oldu. Amma bu cür mübarizə bizə qarşıdakı oyunlarda böyük fayda verəcək”- deyə o bildirib.

Bu axşam UEFA Çempionlar Liqasının həyəcan dolu qarşılaşmasında Qarabağ FK, “Tofiq Bəhramov” adına Respublika stadionunda Danimarka çempionu Kopenhagen komandasına qarşı parlaq bir performans göstərərək 2:0 hesablı qələbə qazandı. Azərbaycan təmsilçisi oyunun əvvəlindən sona qədər rəqibinə təzyiq göstərdi və bu dominant oyunun nəticəsi kimi erkən hesabı açdı.

UEFA Çempionlar Liqasının II turunda Azərbaycan təmsilçisi Qarabağ doğma publika önündə Kopenhageni qəbul edəcək. Qarşılaşma bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.