#Qarabağ

Avqustun 29-da Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyanın cinayət işi üzrə ibtidai istintaqa verdiyi ifadələr və ona aid elan olunan digər sənədlər səsləndirilib. Təqsirləndirilən şəxs Bako Sahakyan ibtidai istintaqda ifadəsində bildirib ki, o, 1993-1995-ci illərdə qondarma rejimin “müdafiə ordusu”nda “maddi-texniki təchizat üzrə qərargah rəisi” işləyib. 1994-cü ilin mayında atəşkəs elan olunan dövrədək aparılan döyüş əməliyyatlarında hərbi qüvvələrin birbaşa təchizatının təminatında iştirak edib.

UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ"la "Ferensvaroş" (Macarıstan) arasında keçiriləcək cavab oyun üçün start heyətlər açıqlanıb. komandalar bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda saat 20:45-da start götürəcək matçda meydana aşağıdakı heyətlərlə çıxacaqlar.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Azərbaycan təmsilçisi Qarabağ bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab qarşılaşması çərçivəsində Macarıstanın Ferentsvaroş klubu ilə qarşılaşacaq. İlk görüşdə təmsilçimiz Macarıstanda 1-3 hesabı ilə qalib gəlib və Çempionlar Liqasına bir addım daha yaxınlaşıb.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.Qayıdış proqramına uyğun olaraq,Kolatağ kəndinə, 26 ailə 89 nəfər köçürülür ki, Ağdam rayonundan 6 ailə 24 nəfər, Bakı şəhərindən 5 ailə 16 nəfər, Bərdə rayonundan 5 ailə 16 nəfər, Ağcabədi rayonundan 3 ailə 13 nəfər, Sumqayıt şəhərindən 2 ailə 6 nəfər, Tərtər rayonundan 2 ailə 4 nəfər, Oğuz rayonundan 1 ailə 4 nəfər, Göygöl rayonundan 1 ailə 3 nəfər, Qəbələ rayonundan 1 ailə 3 nəfər köçürülür.

Ağdam təmsilçisi Şimali Makedoniya klubu “Şkendiya” ilə cavab oyununu Tofiq Bəhramov adına Respublika Stadionunda keçirib. Səfərdə 1:0 hesabı ilə qalib gələn “Qarabağ” bu dəfə oyunun əvvəlində qol buraxsa da, üstünlüyü ələ alaraq rəqibini darmadağın edib.

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində bu gün “Qarabağ” FK öz meydanında Şimali Makedoniyanın “Şkendiya” klubunu qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Oyunu hollandiyalı FIFA referisi Danni Makkeli idarə edəcək. Ağdam təmsilçisi cavab oyununa üstün mövqedən çıxır. İlk oyunda səfərdə “Qarabağ” rəqibini 1:0 hesabı ilə məğlub edib. Komandanın yeganə qolunu penalti zərbəsindən Toral Bayramov vurmuşdu. Bu nəticə “Qarabağ”a mərhələ adlamaq üçün bu gün heç-heçəyə belə kifayət qədər imkan verir.