#Qarabağ

Çempionlar Liqasının Liqa mərhələsinin I turunda Benfikaya qalib gələn Qarabağ bu qələbəni Azərbaycan Prezidenti İlham Əliyevə həsr edib. O bildirib ki, Azərbaycan futbolu tarixinə Çempionlar Liqasının əsas mərhələsində əldə olunan ilk qələbə kimi düşən bu oyun ölkə başçısına həsr edilir.

UEFA Çempionlar Liqasının əsas mərhələsinin birinci turunda Portuqaliyada Qarabağ Benfikanı 3:2 hesabı ilə məğlub edib. Bu qələbədən sonra Benfika klubu baş məşqçisi Brunu Laje ilə yollarını ayırmağa qərar verib. Mediada yayılan xəbərlərə görə klub komandanın baş məşqçi postuna, Joze Mourinyonu gətirmək istəyir. Qeyd edək ki, Mourinyo son olaraq Türkiyənin Fənərbağça klubunu çalışdırıb, lakin uğursuz nəticələr fonunda sarı-göylü komanda onun müqaviləsinə xitam verib.

2025-ci il sentyabrın 14-də Xankəndi şəhərinin erməni əsilli sakini 1967-ci il təvəllüdlü Avanesyan Karen Albertoviç yaşadığı yerdən şəhərin yaxınlığındakı meşə massivinə gedərək qabaqcadan orada gizlətdiyi “Kalaşnikov” avtomatını və ona aid patronla dolu 4 sandıqcanı, eləcə də 5 ədəd qumbaranı götürüb Xankəndi şəhərində keçirilən tədbir yerinə yaxınlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb, bu zaman K.Avanesyan 3 ədəd əl qumbarası atmaqla və avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərib.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası sentyabrın 11-də davam etdirilib.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi sentyabrın 9-da davam etdirilib. Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. AzerVoice xəbər verir ki, Böyük Qayıdış proqramına uyğun olaraq bu mərhələdə 15 ailə olmaqla 46 nəfər Ağdam rayon Dörd yol adlanan ərazisindən Xocalı rayonunun Xanyurdu kəndində yola salınıb. Xocalı rayonunun Xanyurdu kəndinə köçürülən ailələr bu günə kimi Goranboy, Sumqayıt, Bərdə, Abşeron, Bakı şəhər və rayonlarında əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdir.

Azərbaycan ilə İran İslam Respublikası arasındakı münasibətlər Cənubi Qafqaz və Yaxın Şərqin geosiyasi xəritəsində ən mürəkkəb və çoxqatlı düyünlərdən birini təşkil edir. Burada əsrlərlə formalaşmış tarixi və mədəni bağlar, iqtisadi maraqlar, kəskin təhlükəsizlik məsələləri və ideoloji qarşıdurmalar bir-birinə qarışır. Xatırladaq ki, Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra ardıcıl şəkildə Tehranla mehriban qonşuluq və qarşılıqlı faydalı münasibətlərin inkişafı üçün çalışıb. Fəqət bu yol təkcə əməkdaşlığın gülləri ilə deyil, həm də etimadsızlıq, şübhəçilik və İranın təsirli dairələrindən açıq müqavimətin tikanları ilə dolu olub. Bu təhlilin məqsədi həmin ziddiyyətlərin düyünlərini açmaq, obyektiv çətinlikləri süni yaradılmış problemlərdən ayırmaq və göstərməkdir ki, mövcud gərginliklərə baxmayaraq, İran üçün strateji maraq qarşıdurmada deyil, Bakı ilə çoxşaxəli əməkdaşlığın dərinləşdirilməsindədir.

Braziliyalı futbolçu Olavio Juninyo yenidən Qarabağa transfer olunub. Klub rəhbərliyi ilə aparılan danışıqlar müsbət nəticələnib və 29 yaşlı hücumçu Ağdam təmsilçisinin formasını bir daha geyinəcək. Onun qayıdışı hücum xəttində rəqabəti artırmaqla yanaşı, komandanın Avropa arenasındakı mövqelərini gücləndirmək məqsədi daşıyır.

Türkiyə Xarici İşlər Nazirliyi, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Qrupunu ləğv etmək qərarını məmnunluqla qarşıladıqlarını açıqlayıb. Nazirliyin yaydığı bəyanatda bildirilir ki, 2025-ci il sentyabrın 1-də ATƏT Nazirlər Şurası tərəfindən qəbul edilən bu qərar regionda sülhün bərqərar olunması baxımından mühüm addımdır. "Minsk Qrupunun bağlanması və ona bağlı qurumların ləğv edilməsi ilə bağlı qərarı məmnunluqla qarşılayırıq. Azərbaycan və Ermənistanın ortaq səyləri nəticəsində mümkün olan bu tarixi qərar, iki ölkə arasında davam edən sülh prosesinin əhəmiyyətli mərhələlərindən birini təşkil edir."