Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) prezident seçilən Tufan Erhürman, ŞKTC Respublikası Məclisində keçirilən mərasimdə and içib. Məclisə gələn Tufan Erhürmanı ŞKTC Respublikası Məclisi sədri Ziya Öztürkler qarşıladı və o, hərbi dəstəni salamlayıb. Erhürman Məclis Ümumi Zalına daxil olaraq prezidentlik andını verib.
#Azərbaycan - KKTC əməkdaşlığı
Şimali Kipr Türk Respublikasının (KKTC) Prezidenti Ersin Tatar ölkəsinin Türkiyə və Azərbaycanla əlaqələrinin gündən-günə daha da inkişaf etdiyini bildirib. Tatar bu fikirləri 6–7 oktyabrda Azərbaycanın Qəbələ şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvəsi ərəfəsində jurnalistlərə verdiyi açıqlamada səsləndirib.
Kıbrıs Türk Medya İdarə Heyətinin sədri Alihan Pehlivan, Azərbaycandakı səfəri çərçivəsində Trend İnformasiya Agentliyinin baş direktor müavini Rufiz Hafizoğluna, Şimali Kipr Türk Cumhuriyyətinin (KKTC) səsinin dünyaya çatdırılmasına verdiyi töhfələrə görə “Kıbrıs Türk Xəbər” fəxri xatirə lövhəsi təqdim edib.