Səudiyyə Ərəbistanının real ÜDM artımı 2025-ci ilin üçüncü rübündə 5 faiz təşkil edib. Bu, 2023-cü ilin birinci rübündən bəri qeydə alınan ən sürətli iqtisadi genişlənmədir. Məlumat Statistika üzrə Baş İdarənin operativ hesablamalarında əksini tapıb. İdarənin açıqlamasına əsasən, artım bütün əsas iqtisadi fəaliyyət sahələrində qeydə alınıb. Qeyri-neft sektoru 4,5 faiz, neft sektoru isə 8,2 faiz artım göstərib. Dövlət sektorundakı artım 1,8 faiz səviyyəsində olub.
#ÜDM 2025
2025-ci ilin sonunadək dövlət borcunun ÜDM-ə nisbətinin yuxarı həddinin 30,0 faizdən aşağı səviyyədə saxlanılması, bu zaman xarici dövlət borcunun 10,0 milyard ABŞ dollarını üstələməməsi kimi hədəflər müəyyən edilib. Bu məsələ "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.
İslam ölkələri qlobal siyasətin formalaşmasında əsas rol oynamağa imkan verən böyük iqtisadi və strateji gücə malikdirlər. Bu imkanlar təbii sərvətlər – neft və qaz, böyük demoqrafik gücü olan insan kapitalı, həmçinin qitələri birləşdirən strateji coğrafi mövqe kimi üstünlükləri əhatə edir. Bu amillər, əgər baxışlar və maraqlar birləşdirilərsə, İslam ölkələrinə ticarət, iqtisadiyyat və beynəlxalq siyasətin istiqamətlərinə təsir etmək üçün böyük güc verir.