TƏBİB, Azərbaycan Daxili Xəstəliklər Dərnəyi və Türk Dövlətləri Nefrologiya Federasiyasının birgə təşkilatçılığı ilə “Azərbaycan Daxili Xəstəliklər Dərnəyinin II Milli Konqresi Türk Dövlətləri Nefrologiya Federasiyasının I Konqresi” uğurla başa çatıb. Tədbirdə ölkənin tanınmış tibb mütəxəssisləri, türk dövlətlərinin baş nefroloqları, tanınmış professor və elm xadimləri ilə yanaşı, Avropa Daxili Xəstəliklər Cəmiyyətinin sədri, Avropa Böyrək Assosiasiyasının yeni dövr üzrə rəhbəri həmçinin ABŞ və Yaponiyadan dəvət olunmuş nüfuzlu mütəxəssislər iştirak ediblər.
#TƏBİB
İqtisadiyyat Nazirliyində müvafiq dövlət qurumları və özəl sektorun nümayəndələrinin iştirakı ilə əczaçılıq sənayesinin inkişafına dair müzakirələr aparılıb. Görüşdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, səhiyyə nazirinin müavini Rasim İsmayılov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanov, müvafiq dövlət qurumları və dərman vasitələrinin istehsalı ilə məşğul olan özəl sektorun nümayəndələri iştirak ediblər.
Noyabrın 24-də Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində beşmərtəbəli binada partlayış baş verməsi nəticəsində 5 nəfər xəsarət alıb. Partlayışda xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb. Bildirilib ki, onlardan 1 nəfərə (kişi) termiki yanıq, 4 nəfərə isə (1-i kişi, 3-ü qadın) bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnoz təyin olunub.
24.11.2025-ci il tarixində saat 09:00 radələrində Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində obyektdə partlayış baş verməsi səbəbilə xəsarət alan 5 nəfər Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Onlardan 1 nəfərə (kişi) termiki yanıq, 4 nəfərə isə (1-i kişi, 3-ü qadın) bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnozu təyin olunub.
"Həkimlərin yetişdirilməsi uzunmüddətli bir prosesdir və bu səbəbdən ölkədə, xüsusən də regionlarda bu çətinlik hiss olunur. Bu problemi aradan qaldırmaq məqsədilə “Mental Klinika” layihəsi həyata keçirilir. Layihə çərçivəsində ilin sonuna qədər elə bir sahə qalmayacaq ki, orada hər hansı ixtisas üzrə həkim çatışmazlığı mövcud olsun", - deyə o əlavə edib.
Klinikanın Reproduktiv sağlamlıq və ailə planlaması mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirin əsas məqsədi qadın sağlamlığı ilə bağlı maarifləndirməni gücləndirmək, ginekoloji xəstəliklərin və süd vəzi xərçənginin erkən diaqnostikasının əhəmiyyətinə diqqət çəkmək, eləcə də profilaktik müayinələrin vacibliyinə dair ictimai məlumatlılığı artırmaqdır.
Ən böyük hədəflərimizdən biri Azərbaycanda tibbi turizmin inkişaf etdirilməsidir.Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Vüqar Qurbanov bu gün Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun ikinci günündə bildirib.
Tovuzda fəaliyyət göstərən “022” dönər evində baş verən kütləvi zəhərlənmə hadisəsində xəstəxanaya yerləşdirilənlərin sayı 36 nəfərə çatıb.
Qazaxıstanın Aktau şəhərində Azərbaycan təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alan şəxslərdən 5 nəfərin müalicəsi TƏBİB-in tabeliyindəki Yeni Klinikada davam etdirilir.
Oktyabrın 30-da Yeni klinikada COP29 çərçivəsində Tibbi xidmətin təşkilinə dair mediatur və brifinq keçirilib.