İslam tarixində Həzrəti Adəmdən (ə.s.) başlayaraq Peyğəmbərimiz Həzrəti Məhəmmədə (s.ə.s.) qədər 124 min, bəzən isə 224 min peyğəmbərin gəldiyi rəvayət edilir. Lakin Qurani-Kərimdə yalnız 28 peyğəmbərin adı xüsusi olaraq qeyd olunub.
#Adəm Peyğəmbər
İnsanların dillərinin fərqli olması kimi, irq, rəng və xasiyyət baxımından müxtəlifliyi də bir həqiqətdir. Hədisdə deyildiyi kimi: “Allah, Adəmi yer üzünün müxtəlif yerlərindən aldığı bir ovuc torpaqdan yaratdı. Buna görə Adəm övladları da torpağın xüsusiyyətlərinə görə müxtəlif oldular: ağ, qırmızı, qara və aralıq rənglərdə. Bəziləri mülayim, bəziləri sərt; bəziləri pis, bəziləri də xoşxasiyyətli oldular.”