#Azərbaycan Ordusu

Türkiyə Xarici İşlər Nazirliyi, Azərbaycanın qazandığı Zəfərin beşinci ildönümü münasibətilə təbrik mesajı yayıb. “Azərbaycan xalqının əzmi və qəhrəmanlığı ilə qazandığı zəfərin beşinci ildönümünü qeyd edir, vətən torpağı uğrunda canlarını fəda edən bütün qəhrəmanları hörmət və rəhmətlə yad edirik.” Açıqlamada, Türkiyənin hər zaman Azərbaycanın yanında olmağa davam edəcəyi vurğulanıb.

2020-ci il 27 sentyabr tarixində Ermənistanın hərbi təcavüzünə cavab olaraq əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində möhtəşəm Qələbə qazanıb.

Şuşa şəhərində Zəfər Gününün 5 illiyi münasibətilə hərbi yürüş keçirilib. Azərbaycan ordusunun hərbçilərinin Bayraq meydanından başlayan yürüşü hərbi orkestrin müşayiəti ilə şəhərin mərkəzi küçələrində müəyyən olunan marşrut üzrə davam edib. Şəhər sakinləri hərbi yürüşü böyük qürurla izləyiblər.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib. Tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.