Dünya Uyğur Konqresi (DUK) Fransada Çin şirkətləri – Huawei, Hikvision və Dahuaya qarşı ikinci hüquqi şikayət ərizəsi təqdim edib. Təşkilat, bu şirkətləri Şərqi Türküstanda uyğurlar və digər müsəlman azlıqlara qarşı törədilən insanlığa qarşı cinayətlərdə iştirakda ittiham edir. DUK-un şikayətində qeyd olunur ki, adıçəkilən korporasiyalar Çin Kommunist Partiyasının qurduğu nəzarət sisteminə texnologiya və infrastruktur təmin edib. Buraya üz tanıma proqramları, biometrik məlumat bazaları və kütləvi izləmə mexanizmləri daxildir. Bu vasitələrin, bölgədə ixtiyari həbslərə və daimi qorxu mühitinin formalaşmasına şərait yaratdığı bildirilir.
#Uyğur internat məktəbləri
Çin hakimiyyəti Şərqi Türküstanda uyğur yeniyetmələrin ailələrindən zorla ayrılması və onların internat tipli məktəblərə, uşaq düşərgələrinə yerləşdirilməsi kampaniyasını daha da genişləndirib. Hüquq müdafiəçiləri bu prosesin məqsədinin milli kimliyi və mədəni müxtəlifliyi sıradan çıxarmaq olduğunu bildirirlər.