İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) yönəlik korrupsiya araşdırması çərçivəsində Avcılar və Beşiktaş bələdiyyələrində çalışan 7 nəfər haqqında həbs qərarı çıxarılıb. Aparılan istintaq çərçivəsində bələdiyyələrdə keçirilən tenderlərdə qanunsuzluq və korrupsiya halları üzə çıxarılıb.