#Nikolas Maduro və ABŞ

ABŞ Prezidenti Donald Tramp administrasiyasının Venesuelaya qarşı hərbi müdaxiləsi və Venesuela Prezidenti Nikolas Maduronun saxlanılmasına etiraz məqsədilə Vaşinqtonda, Ağ Evin qarşısında nümayiş təşkil olunub. ABŞ-ın Venesuelaya hərbi müdaxiləsini pisləmək üçün toplaşan etirazçılar “Neft naminə qan tökülməsin”, “Bu müharibə qanunsuzdur”, “ABŞ, Latın Amerikasından əlini çək” və “Konqres, Trampın müharibəsini dayandır” şüarları yazılmış plakatlar qaldırıblar.

ABŞ Prezidenti Donald Tramp Venesuelaya qarşı narkotiklərlə mübarizə çərçivəsində həyata keçirilən əməliyyatların yaxın vaxtlarda qurudan müdaxilələrlə də genişlənəcəyini bəyan edib. Ağ Evdə keçirdiyi mətbuat konfransından sonra jurnalistlərin suallarını cavablandıran Tramp administrasiyasının Venesuela üzərində təzyiqi artırdığını vurğulayıb.

Venesuela Prezidenti Nikolas Maduro paytaxt Karakasda keçirilən Bolivarcı İcma Komandanlarının andiçmə mərasimində çıxışı zamanı rəqs edərək ABŞ-a “sülh” çağırışı edib. Tədbir hakim Birləşmiş Sosialist Partiyası tərəfindən təşkil olunub. Mərasimdə öz sözlərinin remiks edilmiş versiyasının müşayiəti ilə rəqs edən Maduro, “Müharibə? Qətiyyən yox. Müharibəyə yox, xahiş edirəm sülh olsun”, – deyərək Venezuela hökumətinin gərginlik deyil, dialoq istədiyini bildirib.

Venesuela Prezidenti Nikolas Maduro müxalifət lideri Mariya Korina Maçadonu “şeytan və sehrbaz” adlandırıb. Açıqlama, Maçadonun Nobel Sülh Mükafatı ilə təltif edilməsindən iki gün sonra səslənib. Nobel Komitəsi 58 yaşlı Maçadonu “Venesuelada diktaturadan demokratiyaya ədalətli və dinc keçid uğrunda mübarizəsinə görə” mükafatlandırmışdı. Lakin Maduro çıxışında onun adını çəkmədən, “xalqın 90 faizi bu şeytani sehrbaza qarşıdır” deyərək Maçadonu xarici müdaxiləyə çağırış etməkdə ittiham edib.

Venesuela Dövlət Başçısı Nikolas Maduro milli müdafiə sistemini gücləndirmək məqsədilə Milli Bolivarcı Milis Qüvvələrinin genişləndirilməsi üçün yeni səfərbərlik elan edib. Maduro ABŞ-ın Karib hövzəsində artırdığı hərbi mövcudluğunu əsas gətirərək milis qüvvələrinin daha da gücləndirilməsi barədə yeni qərarlar açıqlayıb. Maduro ölkə üzrə ilk dəfə olaraq 15 min 751 xalq müdafiə bazasının və 5 min 336 kommunal milis biriminin səfərbər ediləcəyini bildirib. Venesuela Dövlət başçısı Maduro rəqəmsal platforma vasitəsilə vətəndaşların milis qüvvəsinə yazılmağa davam etdiyini qeyd edərək, illərdir təhsil almış təxminən 4.5 milyon nəfərlik "güclü baza"nın yanında könüllülərlə birlikdə bu sayın 8 milyonu aşmasının gözlənildiyini söyləyib.

ABŞ prezidenti Donald Tramp Karib dənizinin cənubunda Venesueladan çıxış edən sürət qayığına qarşı həyata keçirilən hərbi əməliyyat nəticəsində “Tren de Aragua” qrupuna məxsus 11 nəfərin öldürüldüyünü açıqlayıb. Yayımladığı mesajında hücumun beynəlxalq sularda baş verdiyini və əməliyyatda ABŞ hərbçilərinin itki vermədiyini bildirib.