"ARB 24" TV Trend İnformasiya Agentliyinin yaranmasının 30 illiyi münasibətilə reportaj hazırlayıb. Reportajda 30 il öncə kiçik bir kollektivlə işə başlayan Agentliyin dünyanın müxtəlif ölkələrindən sədasının gəlməsindən, Agentliyin iş prinsiplərindən söz açılıb. "Bu gün Trend Beynəlxalq İnformasiya Agentliyinin yaranma günüdür. 1995-ci ildə fəaliyyətə başlayan Trend İnformasiya Agentliyinin 30 yaşı tamam olur. Fəaliyyətə başlayanda bir neçə əməkdaşı olsa da, qısa müddət ərzində həm yaradıcı, həm də ümumi tərkibi böyüdü və ən çox istinad edilən İnformasiya Agentliklərindən birinə çevrildi. Trend hazırda Azərbaycan dili də daxil olmaqla, 3 dildə xəbərlər hazırlayır", - reportajda deyilir.