#Leyla Əliyeva

Lənkərana səfər çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Vətən müharibəsi şəhidi Ülfət Babazadənin ailəsi ilə görüşüblər. Ziyarət zamanı şəhidin xatirəsi ehtiramla yad olunub, onun döyüş yolu və göstərdiyi qəhrəmanlıqdan bəhs edilib. Görüş zamanı ailənin vəziyyəti və qayğıları ilə də maraqlanılıb. Vətən müharibəsində iştirak edən qəhrəmanların xatirəsinin yaşadılması və şəhid ailələrinə diqqət göstərilməsi cəmiyyətin mühüm sosial-mənəvi dəyərlərindən biri hesab olunur.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Lənkəran şəhərində yerli dekorativ-tətbiqi sənət ustası Samir Həbibovun yaradıcılığı ilə tanış olublar. Səfər çərçivəsində sənətkarın hazırladığı əl işlərinə baxış keçirilib, qədim bədii oyma sənətinin xüsusiyyətləri ilə bağlı məlumat verilib və yaradıcılıq prosesi nümayiş etdirilib. Görüş milli sənət ənənələrinin qorunması və yerli sənətkarların fəaliyyətinin təşviqi baxımından diqqət çəkib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Lənkəran şəhərində yerləşən uşaq evi sosial xidmət müəssisəsini ziyarət ediblər. Səfər çərçivəsində müəssisədə tərbiyə alan uşaqlarla görüş keçirilib, onların gündəlik fəaliyyəti ilə maraqlanılıb və müxtəlif yaradıcılıq məşğələləri təşkil olunub. Görüş zamanı uşaqlarla birgə hazırlanan yaradıcılıq nümunələri və təqdim olunan hədiyyələr tədbirə xüsusi rəng qatıb.

Leyla Əliyeva və Alona Əliyeva "Tut Əlimdən" Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər.Qonaqlar mərkəzdə təşkil olunan sosial və yaradıcı fəaliyyətlərlə yaxından tanış olub, uşaqlarla birgə müxtəlif tədbirlərdə iştirak ediblər. Mərkəzə gələn Leyla Əliyeva və Alona Əliyeva əvvəlcə uşaqlarla birlikdə həyətyanı sahədə meyvə və dekorativ ağaclar əkiblər. Daha sonra azyaşlılar öz əl işlərini, çəkdikləri rəsmləri və rəngarəng yunlardan hazırladıqları oyuncaqları təqdim ediblər. Uşaqların yaradıcılıq nümunələri qonaqlar tərəfindən maraqla qarşılanıb. Birgə fəaliyyət zamanı müxtəlif dekorativ əşyalar hazırlanıb, uşaqların bacarıq və yaradıcılıq imkanlarını əks etdirən işlərə baxış keçirilib. Tədbirin bədii hissəsində azyaşlılar şeirlər səsləndirib, musiqi və rəqs nömrələri ilə çıxış ediblər. Uşaqların nümayiş etdirdiyi çıxışlar iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva İçərişəhərdəki Qoşa Qala meydanında keçirilən Beynəlxalq Xalça Festivalını ziyarət ediblər.Onlar festivalda nümayiş olunan xalça nümunələri, ənənəvi sənətkarlıq məmulatları, eləcə də müxtəlif ölkələrin milli tətbiqi-dekorativ sənət nümunələrinin sərgiləndiyi pavilyonlarla tanış olublar. Daha sonra onlar festivalda iştirak edən yerli və xarici qonaqlarla xatirə şəkilləri çəkdiriblər.