Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 6 fevral zəlzələlərinin üçüncü ildönümü münasibətilə sosial media hesabında video-müraciət paylaşıb. Dövlət başçısı fəlakətin ildönümündə həyatını itirənləri anaraq, şəhərlərin bərpası prosesi haqqında mühüm mesajlar verib. Prezident Ərdoğan paylaşımında 3 il əvvəl baş verən iki böyük zəlzələdə həyatını itirən vətəndaşları heç vaxt unutmayacaqlarını vurğulayıb: "Onların xatirələrini qəlbimizdə və zehnimizdə daima yaşadacağımıza, əmanətlərinə sahib çıxacağımıza və zəlzələdə dağılan şəhərlərimizi təkrar ayağa qaldıracağımıza dair millətimizə söz verdik."