Arsenalın alman futbolçusu Kai Havertz dizindəki zədə səbəbindən sentyabr ayında keçiriləcək DÇ-2026 seçmə mərhələsinin oyunlarında Almaniya millisinin heyətinə daxil edilməyib. Havertz yeni mövsümün ilk turunda Mançester Yunaytedlə oyunda zədələnərək meydanı yarımçıq tərk edib.
#Kai Havertz
Arsenal hələ ki, zədənin dəqiq dərəcəsini açıqlamasa da, "The Athletic" klubun transfer bazarında alternativ hücumçu axtarışına başlaya biləcəyini yazır. Havertz yalnız bir müddət əvvəl Dubay təlim-məşq toplanışında aldığı əzələ yırtığından dönmüşdü. Həmin zədə səbəbilə o, fevraldan aprelin ortalarına qədər həm Premyer Liqa, həm də Çempionlar Liqasında 18 oyunu buraxmışdı.