Suriyanın Daxili İşlər Nazirliyi ölkənin sabitliyini pozmağa yönəlmiş genişmiqyaslı terror planının qarşısının alındığını və Livanda təlim keçərək ölkəyə sızan “Hizbullah”la əlaqəli bir hüceyrənin zərərsizləşdirildiyini bəyan edib.
#Tartus
Hadisə Tartus əyalətində baş verib. Daxili təhlükəsizlik patrulu yol kənarında dayanmış şübhəli avtomobili yoxlamaq üçün yaxınlaşarkən atəşə tutulub. Məlumata görə, hücum zamanı iki əməkdaş ölüb, avtomobildə olan naməlum silahlılar isə ərazidən qaçıb. Hücum edənlərin kimliyi və yerinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.