Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında yarışlara yekun vurulub. Son gündə Şəkidə keçirilən bədi gimnastika yarışlarında Azərbaycan təmsilçiləri 6 medal qazanıblar. Bununla da Azərbaycan Oyunları ümumilikdə 184 medalla başa vurub. Bunların 33-ü qızıl, 56-sı gümüş, 95-i isə bürünc mükafatdır. Ölkəmiz bu göstərici ilə ümumi medal sıralamasında 2-ci yeri tutub. İlk sırada Rusiya qərarlaşıb. Beləliklə, Azərbaycan idmançıları 2021-ci ildən təşkil olunan MDB Oyunlarında ən yaxşı nəticəsinə imza atıb. Ölkəmiz I Oyunlarda 60 (16 qızıl, 16 gümüş, 28 bürünc), ikincidə isə 62 (10 qızıl, 17 gümüş və 35 bürünc) medal əldə etmişdi.
#bürünc medal
Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarının çövkən yarışlarında bürünc medal uğrunda qarşılaşma keçirilib. Şəki şəhər stadionunda reallaşan matçda Qırğızıstan və Qazaxıstan komandaları qarşılaşıb. Oyunun start fitindən əvvəl Qırğızıstan və Qazaxıstanın Dövlət himnləri səsləndirilib. Maraqlı keçən matçda Qırğızıstan komandası 2-0 hesabı ilə qalib gələrək Oyunların bürünc medalına sahib çıxıb. Qazaxıstan komandası isə çövkən yarışlarını dördüncü pillədə başa vurub.
Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında bu gün 7 idman növü üzrə yarışlar keçiriləcək. Çövkən üzrə Azərbaycan millisi A qrupundakı ikinci oyununda Küveyt yığması ilə qarşılaşacaq. Şəki şəhər stadionundakı görüş saat 12:30-da başlayacaq. Milli komandamız ilk turda Qırğızıstana 4:0 hesabı ilə qalib gəlib.
Vasif Bağırov (57 kq) təsəlliverici görüşdə yaponiyalı Rin Sakamotoya heç bir şans tanımayıb – 10:2. Güləşçimiz həlledici qarşılaşmada isə moldovalı moldovalı Yon Bulqarunu 8:2 hesabıyla üstələyərək bürünc medalı boynundan asıb.
Valensiya şəhərində cüdo üzrə böyüklər arasında İspaniya Kuboku keçirilib. Azərbaycan Cüdo Federasiyasında milli komandanın üzvü Könül Əliyeva fərdi yarışda fəxri kürsüyə qalxıb. 48 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçu bürünc medal qazanıb.
Bu gün Bolqarıstanın Samokov şəhərində U20 dünya çempionatına start verilib. İlk yarış günündə sərbəst güləş üzrə 70, 74, 97 və 125 kq-da finalçılar müəyyənləşib. Nurlan Ağazadə (70 kq) debütdə kanadalı Keyd Braunu mübarizədən kənarlaşdırıb – 9:2. Milli üzvü 1/8 finalda gücünü qırğızıstanlı Zalkarbek Tabaldiyevə göstərib – 5:2. Güləşçimiz çinli Tao Veini isə vaxtından əvvəl (12:2) üstələyərək yarımfinala yüksəlib. Nurlan finalın bir addımlığında moldovalı Aleksandr Qaydarliyə məğlub olub – 4:7. Ağazadə sabah bürünc medal uğrunda güləşəcək. Ağanəzər Novruzov (74 kq) bolqarıstanlı Stiliyan Corova heç bir şans tanımayıb – 10:0. Ancaq 1/8 finalda almaniyalı U20 Avropa çempionu Manuel Vaqinə 2:7 hesabıyla uduzub.