Türkiyənin antiinhisar tənzimləyicisi Azərbaycan Dövlət Neft Şirkəti SOCAR-a məxsus "Socar Aliağa Liman İşletmeciliği A.Ş." şirkətinin 50% səhminin dünyanın ən böyük kruiz daşımaları operatoru MSC-nin strukturuna daxil olan liman aktivləri operatoru "Terminal Investment Limited Sarl" tərəfindən alınması üzrə sazişi təsdiqləyib.