Görüş 11 avqust 2025-ci ildə Ankarada baş tutub. Tərəflər iki ölkə arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın inkişafı, habelə regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Qeyd edək ki, Türkiyə ilə Seneqal arasında son illərdə ticarət, infrastruktur və müdafiə sənayesi sahələrində əməkdaşlıq layihələri sürətlə inkişaf edir.