#Türk dövlətləri ÜDM

2025-ci ilin ikinci rübündə Türkiyə iqtisadiyyatı ötən ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz artım göstərib. Bu göstərici ilə fasiləsiz iqtisadi artım 20-ci rübə daşınıb. Tikinti sektoru ilin ikinci rübündə ən yüksək artım tempini nümayiş etdirərək 10,9 faiz böyüyüb. İnformasiya və kommunikasiya sahəsində 7,1 faiz, sənaye sektorunda isə 6,1 faiz artım qeydə alınıb. Ticarət, nəqliyyat, turizm və iaşə xidmətləri 5,6 faiz, peşə, inzibati və dəstək xidmətləri isə 5,4 faiz yüksəlib. Maliyyə və sığorta fəaliyyəti ilə daşınmaz əmlak sektoru ayrı-ayrılıqda 2,6 faiz artım nümayiş etdirib. Digər xidmət sahələrində isə bu göstərici 2,1 faiz olub. Məhsul üzərində vergilər – subsidiyalar fərqində 3,0 faiz artım qeydə alınıb.

Son 22 ildə Türk dövlətlərinin qarşılıqlı xarici ticarət dövriyyəsi 6 dəfə artaraq 70,3 milyard dollara, dünya ticarətindəki payları isə 70 faiz artaraq 2,42 faizə yüksəlib. Türkiyə Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Kürşad Zorlu, Ankarada keçirilən "Türk Dünyası ilə Əlaqəli Qurum və Qurumlarla Məşvərət Toplantısı"na rəhbərlik edib. Toplantıda, Türk Dünyası ilə birbaşa əlaqəli olan və bu sahədə fəaliyyət göstərən dövlət qurumları və təşkilatlar iştirak edib. Zorlu çıxışında, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişləri ilə “Türk Dünyası Əsri” hədəfinə doğru yeni və güclü bir başlanğıc edildiyini bildirib.