#Vaşinqton üçtərəfli görüş

Vaşinqtonda imzalanmış sənəd açıq şəkildə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz və etibarlı əlaqənin təmin olunmasının vacibliyini vurğulayır.AzerVoice-in xəbərinə görə, bunu Baş nazir Əli Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tarixi Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasında bildirib.

Ekspert bildirib ki, Azərbaycan uzun illərdir davam edən münaqişənin başa çatması istiqamətində öz siyasi iradəsini ortaya qoyub. Vaşinqton görüşü Azərbaycanın birbaşa siyasi iradəsinin təzahürüdür və bu cür də qəbul olunmalıdır. Bu baxımdan da mütləq və davamlı sülhün əldə edilməsi üçün Ermənistan konstitusiyasına dəyişikliklər etməlidir.

Türk Dövlətləri Təşkilatı (TDT), Azərbaycan və Ermənistan arasında imzalanan tarixi sülh razılaşmasını məmnunluqla qarşılayıb. Təşkilat, ABŞ-ın paytaxtı Vaşinqtonda imzalanan ortaq bəyannaməni və ATƏT-in Minsk Qrupu mexanizminin bağlanması çağırışını bölgə üçün “əlamətdar dönüş nöqtəsi” kimi dəyərləndirib. TDT Baş katibi, səfir Kubanıçbek Ömüraliyev açıqlamasında qeyd edib ki, Azərbaycan və Ermənistan arasında əldə edilən razılaşma Cənubi Qafqazda qalıcı sülh, sabitlik və rifahın təmin olunması baxımından mühüm əhəmiyyətə malikdir.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Vaşinqtonda ABŞ, Azərbaycan, Ermənistan liderlərinin gözlənilən görüşü ilə bağlı “X” sosial şəbəkə hesabında paylaşım edib. “Prezident İlham Əliyev müharibədə qalib gəldi – indi o sülhü qazandı!!!", - paylaşımda qeyd olunub.