Qazaxıstan 25 dekabr 2024-cü ildə Aktau şəhəri yaxınlığından “Azərbaycan Hava Yolları” (AZAL) şirkətinə məxsus təyyarənin qəzası ilə bağlı hesabat üçün Rusiya və Qərb laboratoriyalarının nəticələrini gözləyir. Bunu Qazaxıstanın Nəqliyyat Naziri Nurlan Sauranbayev Astanada keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, tədqiqat materialları daxili razılaşma çərçivəsində laborator müayinə üçün Azərbaycan və Rusiyaya təqdim olunub.
#Hökumə Əliyeva
Qazaxıstan Nəqliyyat Nazirliyi Qazaxıstanda "Azərbaycan Hava Yolları" tərəfindən idarə olunan "Embraer 190 4K-AZ65" təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı aralıq bəyanat yayıb. Bu barədə xarici KİV-ə istinadən xəbər verir. Məlumata görə, hadisəni araşdıran komissiya aviasiya qəzasının səbəblərini və qəzaya zəmin verən amilləri müəyyən etmək üçün işlərini davam etdirir:
Rusiya Xarici İşlər Nazirliyi Qazaxıstanda baş vermiş AZAL təyyarəsinin qəzası ilə bağlı istintaqın tez bir zamanda başa çatacağına ümid edir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib. Onun sözlərinə görə, Rusiya Qazaxıstan komissiyasının Azərbaycanın AZAL təyyarəsinin qəzası ilə bağlı araşdırmasını tezliklə başa çatdıracağını və bundan sonra bütün tərəflərin məsələni həll edə biləcəyini gözləyir:
Hökümə Əliyeva dünyaya sübut etdi ki, Avropa Azərbaycan xanımlarından qəhrəmanlıq öyrənə bilər. Bunu bu gün II Fəxri xiyabanda Milli Qəhrəman Hökümə Əliyevanın qardaşı Coşqun Nəsibli deyib.
Ailəmizin belə bir adəti var idi ki, axşamlar evdə birgə çay süfrəsi arxasında oturardıq və atam bizə uçuşlarından danışardı.
Təyyarə qəzasında həyatlarını itirənlərlə Azərbaycan xalqı, dünya azərbaycanlıları fəxr edir. Bunu AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olan Milli Qəhrəman Hökümə Əliyevanın həyat yoldaşı Etibar Əliyev deyib.
Aktau şəhəri yaxınlığında Bakı–Qroznı reysini yerinə yetirən AZAL-a məxsus təyyarənin qəzaya uğramasının ildönümü münasibətilə İkinci Fəxri Xiyabanda ekipaj üzvlərinin məzarlarını ziyarət edilib.
Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın doğum günü münasibətilə "Azərbaycan Hava Yolları" QSC-nin rəhbərliyi və kollektivi şücaətli ekipaj üzvünün İkinci Fəxri xiyabandakı məzarını ziyarət ediblər.