Fransa Prezidenti Emmanuel Makron İrandakı Fransa vətəndaşlarının Azərbaycan vasitəsilə təxliyəsi üçün şərait yaratdığına görə Prezident İlham Əliyevə təşəkkür edib. VOA-in məlumatına görə, bunu Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyev ilə telefon danışığı zamanı bildirib. Prezident İlham Əliyev isə telefon zənginə və həmrəylik nümayiş etdirdiyinə görə Makrona təşəkkürünü bildirib.
#Prezident İlham Əliyev
Emmanuel Makron, həmçinin İrandakı Fransa vətəndaşlarının Azərbaycan vasitəsilə təxliyyəsinə yaradılmış şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Prezident İlham Əliyev telefon zənginə və nümayiş olunan həmrəyliyə görə təşəkkür edib. Telefon söhbəti əsnasında Cənubi Qafqaz regionunda sülhün möhkəmləndirilməsi və Azərbaycan-Fransa ikitərəfli münasibətlərinin yenidən canlandırılması ilə bağlı fikir mübadiləsi aparılıb, əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.
Prezident İlham Əliyev rəsmi sosial şəbəkə hesablarında 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edib. Paylaşımda deyilir: "Hörmətli xanımlar! Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hamınıza cansağlığı, səadət və işlərinizdə müvəffəqiyyətlər arzulayıram".
Martın 7-də Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Viktor Orban İranın pilotsuz uçuş aparatları ilə Azərbaycana qarşı həyata keçirdiyi hücumu qınadığını vurğulayıb, ölkəmizlə tam həmrəy olduğunu bildirib. Macarıstanın hər zaman Azərbaycanın yanında olduğunu deyən Viktor Orban qeyd edib ki, ölkəmiz Macarıstana güvənə bilər, Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır.
Efiopiyanın Baş naziri Abiy Əhməd Əli martın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Abiy Əhməd Əli İranın Azərbaycanın Naxçıvan Muxtar Respublikasına hava hücumunu qınadığını vurğulayıb. Dövlətimizin başçısı telefon zənginə və göstərilən dəstəyə görə minnətdarlığını bildirib. Telefon söhbəti əsnasında Efiopiyanın Baş nazirinin bir müddət əvvəl ölkəmizə rəsmi səfəri məmnunluqla xatırlanıb, səfər zamanı aparılmış müzakirələrin və imzalanmış sənədlərin ikitərəfli əlaqələrimizin inkişafına mühüm töhfə verəcəyinə əminlik bildirilib.
Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi martın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.Məhəmməd Yunis Əl-Mənfi İranın Azərbaycana qarşı həyata keçirdiyi hava hücumunu qınayıb.Prezident İlham Əliyev telefon zənginə və nümayiş olunan həmrəyliyə görə təşəkkür edib.
Martın 7-də Albaniya Respublikasının Prezidenti Bayram Beqay Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb. Bayram Beqay İranın pilotsuz uçuş aparatları ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikasına hücumunu qınadığını bildirib. Prezident İlham Əliyev telefon zənginə, Albaniyanın açıq və qətiyyətli mövqeyinə görə minnətdarlığını ifadə edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İranın Naxçıvana etdiyi PUA hücumundan sonra göstərdiyi dəstəyə görə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə təşəkkür edib.
Azərbaycan Respbulikasının Prezidenti İlham Əliyev İranın Naxçıvana etdiyi PUA hücumundan sonra Azərbaycana göstərdiyi dəstəyə görə Slovakiya Prezidenti Peter Pelleqriniyə təşəkkür edib.
Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb. Məktubda deyilir: "Hörmətli cənab Prezident. Naxçıvan Muxtar Respublikasında mülki infrastruktura qarşı pilotsuz uçuş aparatları ilə həyata keçirilmiş hücum, həmçinin mülki əhalini təhlükə altına qoyan bu hadisə ilə əlaqədar Slovakiya Respublikası adından və şəxsən öz adımdan səmimi həmrəyliyimi bildirmək istəyirəm.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İranın Naxçıvana dron hücumlarından sonra Azərbaycana verdiyi dəstəyə görə Çex Respublikasının Baş naziri Andrey Babişə minnətdarlığını bildirib. Paylaşımda deyilir: "İran dövlətinin Azərbaycan ərazisinə dron hücumlarından sonra Çex Respublikasının nümayiş etdirdiyi güclü dəstək və həmrəylik mesajına görə Baş nazir cənab Andrey Babişə dərin minnətdarlığımı bildirirəm.
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Jelka Tsviyanoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb. Məktubda deyilir: "Zati-aliləri. İran İslam Respublikasının Azərbaycan Respublikasının ərazisinə etdiyi hücumlarla əlaqədar Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü qismində Sizə tam dəstəyimi və həmrəyliyimi ifadə edirəm. Biz bu hücumları qəti şəkildə qəbuledilməz və dərin narahatlıq doğuran hal hesab edirik. Həmin hücumlar regional sabitlik və təhlükəsizlik üçün ciddi təhdiddir. Sizin rəhbərliyiniz altında Azərbaycan regionda sabitliyin, inkişafın və əməkdaşlığın təşviqi istiqamətində ardıcıl siyasət yürütmüşdür, buna görə də belə əməllər xüsusilə ədalətsizdir.