#Prezident İlham Əliyev

Efiopiyanın Baş naziri Abiy Əhməd Əli martın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Abiy Əhməd Əli İranın Azərbaycanın Naxçıvan Muxtar Respublikasına hava hücumunu qınadığını vurğulayıb. Dövlətimizin başçısı telefon zənginə və göstərilən dəstəyə görə minnətdarlığını bildirib. Telefon söhbəti əsnasında Efiopiyanın Baş nazirinin bir müddət əvvəl ölkəmizə rəsmi səfəri məmnunluqla xatırlanıb, səfər zamanı aparılmış müzakirələrin və imzalanmış sənədlərin ikitərəfli əlaqələrimizin inkişafına mühüm töhfə verəcəyinə əminlik bildirilib.

Martın 7-də Albaniya Respublikasının Prezidenti Bayram Beqay Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb. Bayram Beqay İranın pilotsuz uçuş aparatları ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikasına hücumunu qınadığını bildirib. Prezident İlham Əliyev telefon zənginə, Albaniyanın açıq və qətiyyətli mövqeyinə görə minnətdarlığını ifadə edib.

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb. Məktubda deyilir: "Hörmətli cənab Prezident. Naxçıvan Muxtar Respublikasında mülki infrastruktura qarşı pilotsuz uçuş aparatları ilə həyata keçirilmiş hücum, həmçinin mülki əhalini təhlükə altına qoyan bu hadisə ilə əlaqədar Slovakiya Respublikası adından və şəxsən öz adımdan səmimi həmrəyliyimi bildirmək istəyirəm.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İranın Naxçıvana dron hücumlarından sonra Azərbaycana verdiyi dəstəyə görə Çex Respublikasının Baş naziri Andrey Babişə minnətdarlığını bildirib. Paylaşımda deyilir: "İran dövlətinin Azərbaycan ərazisinə dron hücumlarından sonra Çex Respublikasının nümayiş etdirdiyi güclü dəstək və həmrəylik mesajına görə Baş nazir cənab Andrey Babişə dərin minnətdarlığımı bildirirəm.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Jelka Tsviyanoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb. Məktubda deyilir: "Zati-aliləri. İran İslam Respublikasının Azərbaycan Respublikasının ərazisinə etdiyi hücumlarla əlaqədar Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü qismində Sizə tam dəstəyimi və həmrəyliyimi ifadə edirəm. Biz bu hücumları qəti şəkildə qəbuledilməz və dərin narahatlıq doğuran hal hesab edirik. Həmin hücumlar regional sabitlik və təhlükəsizlik üçün ciddi təhdiddir. Sizin rəhbərliyiniz altında Azərbaycan regionda sabitliyin, inkişafın və əməkdaşlığın təşviqi istiqamətində ardıcıl siyasət yürütmüşdür, buna görə də belə əməllər xüsusilə ədalətsizdir.

Çex Respublikasının Baş naziri Andrey Babiş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb. Məktubda deyilir: "Hörmətli cənab Prezident. Mart 5-də Naxçıvana dron hücumu ilə bağlı xəbəri böyük narahtlıqla qarşıladım. Bu hücum zamanı hava limanı da daxil olmaqla, mülki obyektlərə zərbələr endirilib, dronlar məktəbin yaxınlığında yerə düşüb və bir neçə nəfər yaralanıb.

Martın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç arasında telefon danışığı olub. Söhbət zamanı Yaxın Şərqdəki mövcud vəziyyət barədə fikir mübadiləsi aparılıb, vəziyyətin daha da gərginləşməsindən narahatlıq ifadə olunub. Telefon danışığı zamanı İran tərəfindən Naxçıvana qarşı törədilən dron hücumları pislənilib.

Azərbaycan xalqı qadın adını hər zaman zərifliyin, gözəlliyin, ülviyyətin rəmzi bilmiş və ona dərin ehtiram göstərmişdir. Mübarizələrlə dolu böyük keçmişimiz qadınlarımızın müdrikliyi, fədakarlığı və qəhrəmanlığının parlaq nümunələri ilə zəngindir. Hər bir azərbaycanlının qəlbində məhz Ana məfhumu daim doğma yurdla, Vətən torpağı ilə bağlı işıqlı duyğular yaradır. Bəşər mədəniyyəti xəzinəsinə töhfəmiz olan milli-mənəvi dəyərlərimizin bir bütöv halında qorunub saxlanılmasında, dilimizin əsrlərin sınağından çıxaraq layiqincə yaşadılmasında analarımızın misilsiz xidməti vardır.

Prezident İlham Əliyev Albaniya Baş naziri Edi Ramaya İranın Naxçıvana etdiyi dron hücumlarından sonra Azərbaycana göstərdiyi dəstəyə görə minnətdarlıq edib. "Mən Albaniyanin Baş naziri Edi Ramaya İran dövləti tərəfindən Naxçıvan Muxtar Respublikasına edilən dron hücumlarından sonra Azərbaycana göstərilən sarsılmaz dəstəyə görə ən dərin minnətdarlığımı bildirmək istərdim. Xalqımız nümayiş etdirdiyiniz qəti mövqeyi, həmrəyliyi və birliyi yüksək qiymətləndirir", - paylaşımda qeyd olunub.