#Prezident İlham Əliyev

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.Məktubda qeyd olunub: "Hörmətli Prezident, Əziz Qardaşım, Zati-alinizi və Can Azərbaycan xalqını Azərbaycanın Müstəqillik Günü münasibətilə xalqım adından və öz adımdan səmimi-qəlbdən təbrik edirəm. Zati-alinizin bacarıqlı liderliyi və uzaqgörən siyasəti sayəsində Can Azərbaycanın davamlı şəkildə güclənməsindən, regionda və beynəlxalq miqyasda nüfuzunun artmasımdan böyük qürur və iftixar hissi keçiririk.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İordaniyanın Kralı II Abdullah ibn Al Hüseynə təbrik məktubu ünvanlayıb.Məktubda qeyd olunub: "Əlahəzrət, İordaniya Haşimilər Krallığının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram. Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost İordaniya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Azərbaycan münaqişədən sonrakı yenidənqurma səylərinin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsindən qürur duyur. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyasından sonra sosial media hesabındakı paylaşımda bildirilib.

Paraqvay Prezidenti Santyaqo Penya Azərbaycan Prezidenti İlham Əliyevə Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib. Məktubda Paraqvay xalqı və hökuməti adından Prezident İlham Əliyevə səmimi təbriklər və xoş arzular çatdırılıb, Azərbaycan xalqına sülh, rifah və firavanlıq arzulanıb. Həmçinin Paraqvay ilə Azərbaycan arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi ilə bağlı ümidlər ifadə olunub, qarşılıqlı əlaqələrin inkişafına önəm verildiyi vurğulanıb.