Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Litva Respublikasının Baş naziri İnqa Ruqinieneni qəbul edib.
#Prezident İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva aprelin 8-də Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak ediblər. Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Samir Rzayev dövlətimizin başçısına və Birinci xanıma mərkəzin fəaliyyəti barədə məlumat verdilər.
Aprelin 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb. Dövlətimizin başçısı İran İslam Respublikası və Amerika Birləşmiş Ştatları arasında elan edilmiş atəşkəslə bağlı təbriklərini çatdırıb.
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibi təsdiqlənib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib:
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Kollegiyasının tərkibi təsdiqlənib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Kollegiyası aşağıdakı tərkibdə təsdiq edilsin:
Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Sərəncama edilən dəyişiklikdə əksini tapıb.
SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik olub. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, SOCAR-ın Müşahidə Şurasının üzvü olan maliyyə nazirinin keçmiş müavini Azər Bayramov nazirin I müavini Anar Kərimovla əvəz olunub.
Fərmana əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumlar vasitəsilə, Torpaq Məcəlləsinin 57-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulan hallarda, habelə meşə fondu torpaqlarında müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikintisi, ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə əkin dövriyyəsinə əlavə torpaq sahələrinin cəlb edilməsi zərurəti yarandıqda, həmin torpaqların kənd təsərrüfatına az yararlı və ya yararsız torpaq sahələri ilə əvəzləşdirilməsinin məqsədəuyğunluğuna, faydalı qazıntıların çıxarılması üçün torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi tələb olunduqda, faydalı qazıntıların təsdiq edilmiş ehtiyatları və onların işlənilməsinin yerin təki haqqında qanunvericiliyə uyğunluğuna, həmçinin torpaqların kateqoriyasının dəyişdirilməsinin ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyə uyğunluğuna dair rəy verə biləcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 8-də Qazaxıstan Respublikasının xarici işlər naziri Yermek Koşerbayevi və nəqliyyat naziri Nurlan Sauranbayevi qəbul edib. Prezident İlham Əliyev Azərbaycan-Qazaxıstan ikitərəfli əlaqələrinin əməkdaşlıq və qardaşlıq ruhunda inkişaf etdiyini məmnunluqla vurğulayaraq, dövlət başçılarının qarşılıqlı səfərlərinin, bu səfərlər zamanı aparılmış müzakirələrin, qəbul olunmuş qərarların, həmçinin Azərbaycandan Qazaxıstana, Qazaxıstandan isə ölkəmizə müxtəlif səviyyələrdə nümayəndə heyətlərinin səfərlərinin xalqlarımızı və ölkələrimizi daha da yaxınlaşdırdığını, qarşılıqlı fəaliyyətin potensialını möhkəmləndirdiyini dedi.
Yerin təkindən istifadənin növlərinin siyahısı genişləndiriləcək.
Qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə məşğul olan yer təki istifadəçilərinin fəaliyyətinin sağlamlaşdırılması tədbirlərinə dair Qaydalar təsdiq edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş şəxslər təltif ediliblər. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdikləri igidliyə görə aşağıdakı şəxslər təltif ediliblər: